İsveçrədə fəaliyyət göstərən məşhur Rinspeed şirkəti pilotsuz Snap modelinin kiçildilmiş surətini təqdim edib. Ekspress çatdırılma xidmətləri üçün nəzərdə tutulan microSNAP adlı yeni platformanın təqdimatı gələn ilin 8 yanvar tarixində Las-Veqasda keçiriləcək istehsal elektronikasının sərgisində (CES) baş tutacaqdır.
Rinspeed microSNAP “böyük qardaşı” Snap kimi özügedən platformadan və dəyişilən modullardan ibarətdir. Bu modullar həm sərnişin, həm də yük modulu ola bilər. Pilotsuz vasitə ilə birlikdə Rinspeed robotlaşdırılmış stansiyanı da təqdim edəcəkdir. Bu stansiya modulların dəyişdirilməsinə və elektrokarın batareyalarını doldurmaqla məşğul olacaqdır.
Bu ilin əvvəlində debüt etmiş Rinspeed Snap modulu ZF firmasının elektrik güc qurğusu ilə təchiz edilirdi. Qurğunun minimal gücü 38, maksimal gücü isə 69 at qüvvəsi təşkil edir. Güc aqreqatı 12 kilovat-saatlıq batareyalar blokundan qidalanır. 100 km/saat həddinə Snap 5 saniyəyə sürətlənir. Dolu batareya ilə modul 100 kilometr məsafə qət edir.