İsveçrədə yerləşən Rinspeed şirkəti maraqlı konseptləri ilə məşhurdur. Bu dəfə isveçrəlilər avtopilot sistemi və kiçik bağçası olan Oasis prototipini hazırlamışdırlar. Yeni konseptin kütləvi təqdimat mərasimi yanvarda keçiriləcək məişət elektronikasının (CES) sərgisində baş tutacaqdır. Sonradan Rinspeed Oasis Nyu-Yorkdakı avtosalonda nümayiş etdiriləcəkdir. Oasis konseptinin hazırlanması zamanı isveçrəlilər tərəfdaşlarının təqdim etdiyi texnologiyalardan geniş istifadə etmişdirlər.
Bunu avtomobilin üzərində olan loqotiplər siyahısından açıq-aydın görmək olar. Prototip «buluda» biləşmiş elektron «şəxsi köməkçi» ilə təchiz edilmişdir. «Köməkçi» nəinki restoranda masa sifariş edə bilər, o həmçinin quraşdırırlmış kameralar vasitəsi ilə ətrafın şəkilini çəkib İnstaqramda da yerləşdirmək qabiliyyətinə malikdir.
Sistemin idarəedilməsi qövs şəkilli 5K-ekranın, həmçinin əl hərəkətlərinin və səs komandalarının vasitəsi ilə həyata keçirilir. ZF şirkəti tərəfindən hazırlanmış sükan çarxını, avtomobil pilotsuz rejimdə hərəkət edərkən, qatlamaq və klaviaturası olan iş masasına çevirmək mümkündür. Bundan əlavə, sükan qolunda Carl F.Bucherer firmasının mexaniki saatı quraşdırılmışdır.
Oasis konseptinin alın şüşəsi iri proyeksiya displeyi rolunu oynayır ki, qoloqrafik lazerin köməkliyi ilə burada lazım olan məlumat əks etdirilir.
Avtomobilin arxa hissəsində xüsusi qızdırılan və ya soyudulan bölmə vardır ki, onu da, misal üçün, pizza daşımaq üşün istifadə etmək olar. Bundan başqa, bu bölmədən adi baqaj kimi, və yaxud avtomobilin yürüş məsafəsini artıran əlavə batareyaların quraşdırılması üçün istifadə etmək olar. Rinspeed Oasis 20-kanallı Harman/Kardon səs sistemi, dairəvi müşahidə sistemi, ətrafdakı avtomobil və infrastruktur obyektləri ilə ünsiyyət sistemi, marşrut üzrə olan təhlükələri xəbərdar edən sistem və sürücünün iştirakı olmadan avtomobili park edən avtomatik sistem ilə təchiz edilir. Yeri gəlmişkən, komanda ilə avtomobil sürücünün oduğu yerə də gələ bilir.
Yardıcıların qənaətinə görə, avtomobildən karşerinq (avtomobillərin dəyişdirilməsi) üçün də istifadə etmək olar. Misal üçün, kimsə avtomobildən şəxsi işləri üçün istifadə edə bilər, sonradan isə onu pizza və ya internet mağazadan alış-verişlərin çatırılması üçün bron etmək də olar. Smartfonun köməyi ilə avtomobil eyni istiqamətdə gedən insanları da cəlb edə bilər.