Bildiyimiz kimi, robert Kubisa Renault komandası ilə birlikdə Macarıstanda keçirilən testlərdə iştirak edir. Bu gün polşalı pilot günə maraqlı şəkildə başlayıb.

Boksu tərk edən pilot renault bolidinin arxa təkəri ilə qarajın dirəyinə toxunub və nəticədə boksun üzərindəki Niko Hülkenberqin adı həkk edilmiş banner yerindən qopub. Bu hadisə artıq sosial şəbəkələrdə zarafat obyektinə çevrilib.

Norbert Plaszewski: «Yuxarıdakı yazını dəyişmək lazımdır. Orada Kubisa yazılmayıb». 

Matchius : «Hahaha, Kubisa sərbəst şəkildə qarajın üzərindəki pilotun adını dəyişib».

Digər tərəfdən bu hadisəni qarajın önünə toplaşmış jurnalist kütləsi ilə izah etmək də mümkündür. Görünən odur ki, bolid ciddi xəzarət almayıb, çünki Robert Hunqarorinqdəki test proqramına davam edib.