Ceyms Bond rolunun yeni ifaçısı bəlli olub. Robert Pattinson Daniel Kreyqdən sonra 007 obrazını canlandıracaq, lakin onun ilk filmdə hansı avtomobili idarə edəcəyi hələlik sirr olaraq qalır.

Amazon Studios noyabrın 16-da sosial şəbəkələrdə paylaşdığı qısa video ilə Pattinsonun yeni Ceyms Bond olduğunu elan edib. Aktyor 2021-ci ildə “No Time to Die” filmindən sonra bu obrazla vidalaşan Daniel Kreyqdən estafeti qəbul edəcək və 007 rolunu canlandıran yeddinci aktyor olacaq.

Bond filmlərinin ayrılmaz hissəsinə çevrilən avtomobillər isə yeni aktyorun seçimi ilə bağlı müzakirələri indidən qızışdırıb. Daniel Kreyqin obrazı üçün “Goldfinger” filmindən tanıdığımız Aston Martin DB5 xüsusi yer tuturdu. Hazırda Britaniya markasının ən güclü namizədlərindən biri 838 at güclü V12 mühərrikli Valen ola bilər.

Bununla belə, yeni filmin yaradıcıları Bondun avtomobil kolleksiyasına başqa əfsanəvi modelləri də qaytara bilərlər. Məsələn, 1977-ci ildə təqdim olunan Lotus Esprit-in yeni nəsli 2028-ci ildə debüt etməlidir.

Model üçün təxminən 700 at gücü hasil edən V8 biturbo mühərriki də təsdiqlənib. Orijinal Esprit-in “The Spy Who Loved Me”filmində sualtı qayığa çevrilməsi isə yeni versiya ilə bağlı gözləntiləri daha da maraqlı edir.

Digər ehtimal Citroën 2CV-nin müasir interpretasiyasıdır. 1981-ci ildə “For Your Eyes Only” filmində istifadə olunan bu avtomobil Bond filmlərinə xas yumorun simvoluna çevrilmişdi. Yeni versiyanın da 2028-ci ildə təqdim olunacağı gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha qeyri-adi seçimlər arasında sıxılmış hava sistemi vasitəsilə qısa müddətə havaya qalxa biləcəyi deyilən yeni Tesla Roadster də var. Çin istehsalçısı BYD-nin Bond filminə qoşulması və qəhrəmanı 500 km/saatdan yüksək maksimal sürətə malik Yangwang U9 Extreme ilə təmin etməsi isə daha az ehtimal olunan ssenaridir.

Hələlik bunların hamısı fərziyyədir. Pattinsonun ilk Bond filmində hansı avtomobili sürəcəyi, eləcə də filmin nə vaxt ekranlara çıxacağı barədə rəsmi məlumat yoxdur. Amma bir şey aydındır: 007-nin növbəti avtomobili də ən azı onun özü qədər maraq doğuracaq.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.