SAIC Motor şirkətinə məxsus olan Roewe markası Şanxaydakı avtosalonda dəbdəbəli krossoverin konseptini göstərəcəkdir. Prototip Vision-E adını, iki elektromotoru olan güc qurğusunu və taybatay açılan qapıları əldə etmişdir.
Çin kütləvi informasiya vasitələrinin verdiyi məlumatda elektromotorların ön və arxa oxda yerləşdirildiyi bildirilir.
Tam çəkişli krossover 100 km/saat sürətini dörd saniyəyə toplayır və 500 kilometr yürüş ehtiyatına malikdir. Prototip batareyaların yeyin doldurulmasını təmin edən xüsusi qurğuya malikdir ki, bunun sayəsində də batareyaların 80 faizini 15 dəqiqəyə doldurmaq mümkündür. Zahiri cəhətdən krossover taybatay açılan qapılardan əlavə qeyri-adi işıqdiodlarından hazırlanmış optikaya, iri xrom disklər və aerodinamik dəstin xüsusi elementlərinə malikdir. Bundan başqa, prototipin orta dayaqları da mövcud deyildir. Salonun başlıca elementləri kvadrat formal sükan çarxı, rəqəmsal cihazlar paneli, multimedia sisteminin iri displeyi və yüksək tonnel ilə bölünmüş dörd fərdi oturacaqlardır. Salonun tərtibatında Nappa dəri, ağac və metaldan istifadə edilmişdir.
Gələn il Roewe şirkətinin konseptin motivləri üzərində hazırlanmış modelin buraxacağı ehtimal edilir.