Audi komandasının alman pilotu Mayk Rokenfeller Noriqrinqdə keçirilən ikinci yarışda zədə alıb. Qründiq döngəsində Audi pilotunun avtomobilinə Qəri Paffettin avtomobili çırpılıb.
Düzlükdə Ceymi Qrini ötməyə cəhd edən Paffett avtomobilin arxa hissəsinin sürüşməsindən sonra idarəetmədən çıxan bolid fırlanaraq baryerlərə dəyib. Bundan sonra Mercedes-AMG C63 DTM bolidi döngəni keçən Rokenfellerin avtomobilinə sürücü tərəfindən çırpılıb.
Hər iki pilot dərhal xəstəxanaya aparılıb. Qəri Paffett üçün bu qəza əziklərlə ötüşsə də, Rokenfellerin daban hissəsindəki sümük sınmışdır. “Zərbə çox güclü idi və avtomobillərimizin təhlükəsizlik səviyyəsinin yüksək olduğu məni sevindirir. Təəssüf ki, daman şümüklərimdən biri sınıb. Ümid edirəm ki hər şey yaxşı olacaq və Moskvada keçiriləcək mərhələdə çıxış edəcəyəm” – Rokenfeller bildirib.
DTM çempionatının Moscow Raceway trekində keçiriləcək növbəti mərhələsi 21-23 iyul tarixlərində baş tutacaqdır.