Rolls-Royce şirkəti üç nüsxəlik tirajla buraxılacaq Boat Tail kabrioletinin ikinci nüsxəsini təqdim edib. Avtomobil Rolls-Royce Coachbuild bölməsi tərəfindən yaradılıb, orijinal kuzovu və interyerin xüsusi tərtibatına malik olan Phantom Drophead Coupe kabrioletidir.

Məsələn, Boat Tail modelinin kuzov boyası üçün ilham mənbəyi kimi mərcanqulağı çıxış edib, onun arxa hissəsi qoz ağacından şpon ilə örtülüb, Spirit Ecstasy heykəlciyi isə çəhrayı qızıldan hazırlanıb. Avtomobilin qiyməti açıqlanmayıb, lakin bəzi məlumatlara görə, kabrioletin ilk nüsxəsi alıcılarına (şayiələrə görə, Beyons və həyat yoldaşına) 28 milyon dollara başa gəlib.

Boat Tail fərdi sifarişlər üzrə kuzovların hazırlandığı qızıl dövrünü xatırladır və yeni yaradılmış Rolls-Royce Coachbuild bölməsinin ilk məhsuludur. Onun tirajı üç nüsxə ilə məhdudlaşır. İlk kabriolet keçən il nümayiş olunub, indi isə, növbə ikinci nüsxəyə çatıb.

Avtomobil İtaliyada keçirilən Concorso d’Eleganza Villa d'Este zəriflik müsabiqəsində debüt edib. “Yaxta quyruğunun” sifarişçisi mirvari hasilatı üzrə ailə biznesinin sahibidir. O, uğuruna görə atasına borcludur və kabriolet ailə irsinə göstərilən hörmətin əlamətidir.

Boat Tail kabrioleti Architecture of Luxury platformasına əsaslanır. Kuzov minimum birləşmələri olan bütöv alüminium təbəqələrindən hazırlanıb ki, bu da avtomobili 20-ci əsrin əvvəllərindəki yarış yaxtalarına bənzər edir.

Kuzov boyası müştəri tərəfindən təqdim edilən mərcanqulağından ilhamlanaraq yaradılıb. Bespoke bölməsinin ən mürəkkəb boyalarından biri olan bu çalar, iri ağ və bürünc “pulcuqlara” malikdir. Onlar müxtəlif işıqlandırma altında boyanın rəngdən-rəngə keçməsini təmin edirlər.

Konyak rəngli kapot xüsusi olaraq kabriolet üçün hazırlanıb. Bürünc və qızılı alüminiumdan xallar, habelə “qırovla örtülmüş” tutqun lak qatı rəngə dərinlik və istilik verir. Kuzovun aşağı hissəsi strukturuna çəhrayı qızıldan saplar toxunmuş karbonplastiklə örtülüb.

Qiymətli metaldan Spirit of Ecstasy heykəlciyinin hazırlanmasında da istifadə olunub. “Kəpənək qanadları” formasında qapağı olan arxa tərəf qoz ağacının sponu ilə üzlənib. Vaxt keçdikcə, şpon rəngini dəyişəcək və konyak rənginə yaxınlaşacaqdır. Salonda Royal Walnut şponundan və mirvari tərtibatı olan kuzov rəngində dəridən istifadə olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mərkəzi konsoldakı saatın siferblatı, dəstəklər və açarlar da mirvaridən hazırlanıblar. Onlar üçün material müştərinin şəxsi kolleksiyasından götürülüb. Phantom texniki cəhətdən dəyişməyib - kapotun altında 6,75-litrlik V12 biturbo mühərriki (571 at qüvvəsi, 900 Nm) və səkkiz pilləli ZF “avtomatı” quraşdırılıb.

Rolls-Royce Boat Tail tələb olunan sınaq testlərindən keçib və ümumi istifadə yolları üçün sertifikatlandırılıb, lakin belə avtomobili satın almaq mümkün deyil. Sifariş edilmiş üç nüsxə eksklüziv olaraq qalacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.