Rolls-Royce şirkəti Wraith kupesinin Inspired by British Music adlı xüsusi seriyasını təqdim etmişdir. Avtomobil doqquz nüsxəlik tirajla buraxılacaqdır. Avtomobili tərtib etməkdə əfsanəvi britaniyalı musiqiçilər iştirak etmişdirlər.
İki avtomobil The Who qrupunun yaradıcısı və vokalisti Rocer Doltrinin iştirakı ilə hazırlanmışdır. Kupelərdən birini musiqili kollektivə, ikincisini isə Tommy albomuna həsr etmişdirlər. Sonuncu avtomobil digər kupelərdən, kapotunun üzərində çəkilmiş, 1969-cu ildə işıq üzü görmən albomun üz qapağının mövcudluğu ilə seçilir. Daha bir Rolls-Royce modelini hazırlamaqda The Kniks qrupunun gitaraçısı Rey Devis iştirak etmişdir.
Kupenin qapı panellərinin üzərində Devisin xətti ilə yazılmış Shangri-la və Drivin mahnılarının mətni həkk edilmiş əlavələr quraşdırılmışdır.
Bundan başqa, salonda The Kniks loqotipləri və musiqiçilərin imzaları olan əlavələr, həmçinin Sunny Afternoon mahnısının sözləri olan çətir quraşdırılmışdır.
Wraith modelinin xüsusi variantının hazırlanmasında həmçinin prodüser və bəstəkar Caylz Martin də iştirak etmişdir.
O, The Beatles qrupunun prodüseri Corc Martinin oğludur. Bu kupe əfsanəvi qrupun mahnıları həkk edilmiş əlavələri və Martinin oturacaq başlıqlarındakı imzasını əldə etmişdir. Bir müddət sonra Rolls-Riyce Şirli Bessi (Ceyms Bond haqqında filmlərin mahnılarının ifaçısı), Status Quo qrupunun frontmeni Frensis Rossi və The Rolling Stones qrupunun gitaristi Ronni Vud tərəfindən tərtib edilən Wraith modellərini təqdim edəcəkdir.
Xatırladaq ki, Wraith kupesi 633 at qüvvəli 6,0-litrlik turbomühərriklə və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Kupe 100 km/saat sürətini 4,6 saniyəyə toplayır.