Dünyada Rolls-Royce Cullinan ofrouderini alacaq insanlarını sayını müəyyən etmək mümkün olmasa da, satışların gözləniləndən yüksək olması artıq şübhə doğurmur. Bununla belə, bu gün bazarda ən baharı ofrouder olan Cullinan modelinin hazırlanması prosesi hələ də tamamlanmayıb.
Çox güman ki, britaniya istehsalçısının “ yüksək rahatlığa malik olan universal avtomobili” onun gücünü və effektivliyini artıran hibrid güc qurğusuna sahib ola bilər. Top Gear nəşrinin bu məsələyə yaxın olan mənbədən aldığı məlumata görə, hibrid mühərriki Cullinan modelinin buraxılacağı artıq şübhə doğurmur. Mənbə “əlavə gücün yolda olduğunu” bildirib.
Xatırladaq ki, hazırda Rolls-Royce Cullinan 563 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 6,75-litrlik V12 biturbo mühərriki ilə təchiz edilir.