Bu qış Rolls-Royce şirkəti Kruşeveldəki Les Airelles otelinin qonaqları üçün ən yükəsk dağ-xizək yamaclarına (dəniz səviyyəsindən 1747 metr hündürlükdə) səfərləri təşkil edəcəkdir.
Bu səfərləri həyata keçirmək üçün Bespoke bölümü tərəfindən hazırlanmış Rolls-Royce Cullinan Ski Taxi krossoverindən istifadə olunacaqdır. Bununla belə, qonaqlar Rolls-Royce Dawn kabrioletindən də istifadə edə biləcəklər. Axşamlar britaniyalılar potensial müştəriləri avtomobillərlə ətraflı tanış edəcəkdirlər. Yaxınlıqda Cullinan modelini sifariş etmək arzusunda olanlar üçün xüsusi studiya da yerləşəcəkdir.