Rolls-Royce şirkətinin ilk tam ötürməli, tam idarələnən və beşqapılı modeli (əvvəllər, Rolls-Royce modellərinin əsasında inşa edilmiş universallar yalnız üçüncü tərəf – məşhur kuzov atelyeləri tərəfindən hazırlanırdı) olan Cullinan 2018-ci ildə debüt edib. İndi isə, Britaniya istehsalçısı bu modeli yeniləmək qərarına gəlib.

Gözlənildiyi kimi, Cullinan modeli Rolls-Royce brendinin bestselleri olub: məsələn, keçən il bütün satışların yarıdan çoxu (6032 ədəddən 3523 avtomobil) məhz ofrouderin payına düşüb. Üstəlik, ofrouder, hətta brendin müştərilərinin istəklərini də dəyişdirib!

Əgər altı il əvvəl krossover alıcılarının 70 faizdən az hissəsi avtomobili özləri idarə edirdisə (sürücünü işə götürmədən), indi bu pay 90 faizi keçib. Cullinan həmçinin Rolls-Royce alıcılarının orta yaşını 2010-cu ildəki 56-dan indi 43-ə endirməyə kömək edib.

Bir sözlə, restaylinq edilmiş Cullinan Series II modelini hazırlayarkən, daha gənc auditoriyanın zövqünün ön plana çıxmasında təəccüblü bir şey yoxdur.

İlkin olaraq krossoverin dizaynı üzərində Cayls Teylor işləmişdi, lakin sonra o, Çinin Hongqi şirkətinə keçdi. Odur ki, yenilənməyə şirkətin yeni baş stilisti Anders Varminq cavabdeh olub. Əsas dəyişikliklər avtomobilin “üzündə” baş verib.

Gündüz hərəkət işıqları indi klassik düzbucaqlı fənərlərdən asılmış nəhəng LED mötərizələri şəklini alıblar. Ön bamperdəki kəsiklərin sayı daha azdır, radiator barmaqlığı isə, artıq minik avtomobillərində mövcud olan LED işıqlandırmanı alıb.

Arxa bamperdəki ştamplamalarının forması dəyişdirilib, buraxılış sisteminin borularının tərtibatı dəyişdirilib, onların arasında isə, cilalanmış paslanmayan poladdan bəzək var. Təkər disklərinin maksimal ölçüsü 22-dən 23 düymədək artırılıb. Əvvəllər olduğu kimi, müştərilər fərdiləşdirmə proqramı çərçivəsində istənilən kuzov rəngini seçə bilər, lakin “standart” rənglərin palitrasına yenidən baxılıb.

Ön panelin bütün yuxarı hissəsi indi bütöv şüşədən örtüyə malikdir. Onun altında həm virtual cihazlar paneli, həm də yeni Spirit media sisteminin mərkəzi ekranı yerləşir (onu artıq pərdə ilə bağlamaq mümkün deyil). Displey dəyişdirilmiş qrafikaya malikdir və əlavə tətbiqləri dəstəkləyir - məsələn, Whispers telemetriyasını.

Ön sərnişinin gözü qarşısında artıq Ghost və Spectre modellərində quraşdırılan və yeddi min LED-dən ibarət olan qrafik işıqlandırma var. Yaxınlıqda yerləşən firma saatı, daxilində işıqlandırılmış “ekstaz ruhu” heykəlciyi quraşdırılmış yeni korpusu əldə edib.

Arxa cərgənin sərnişinləri üçün, ön oturacaqların arxa hissəsində quraşdırılmış, Wi-Fi və Bluetooth protokollarını dəstəkləyən iki planşet nəzərdə tutulub. Xüsusi sifarişlə hazırlanmış audio sistemi 1400 vatt gücündə 18 kanallı gücləndiriciyə malikdir. 

Əlbəttə ki, sifariş zamanı, müştəriyə saysız-hesabsız sayda mövqeyə malik olan tərtibat materiallarının kataloqu təqdim ediləcək.

Amma texniki hissədə heç dəyişiklik olmayıb. Cullinan hibrid və ya elektrikli avtomobilə çevrilməyib: o, əvvəlki kimi, 6,75-litrlik V12 tvin-turbo mühərriki, səkkiz pilləli ZF “avtomatı”, tam ötürmə, pnevmatik asqı və idarələnən arxa oxla təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Baza krossoverinin mühərriki 571 at qüvvəsi və 850 Nm hasil edir. Gücləndirilmiş mühərrikə (600 at qüvvəsi, 900 Nm), yenidən sazlanmış şassiyə və bol qara dekora malik olan Rolls-Royce Black Badge Cullinan versiyası da əlçatandır.

Yenilənmiş krossoverlərə sifarişlər artıq qəbul olunur. Doğma İngiltərədə qiymətlər 330 min funt sterlinqdən başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.