Rolls-Royce şirkəti ilk ofrouderi ola Cullinan modelinin final sınaqlarını National Geographic kanalı ilə birlikdə həyata keçirəcəkdir. Bu gündən başlayaraq, avtomobilin sınaq prosesində çəkilmiş foto və video materiallar social şəbəkələrdə dərc ediləcəkdir.
“The Final Challenge” (“Son sınaq”) adını almış kütləvi sınaqlar layihəsi Şotlandiya dağlarında start götürəcəkdir. Sonradan avtomobili Avstriya Alplarında, Yaxın Şərq səhralarında və ABŞ-da sınaqdan keçiriləcəkdir. Ofrouderin Şimali Amerikada harada sınaqdan çıxardılacağı məlum deyildir. Şirkətdən bu məkanın dərə-təpədən ibarət olacağını söyləyiblər. Sınaqçılar komandasına National Geographic jurnalının versiyasına görə “2012-ci ilin səyyahı” adlandırılmış Kori Riçards da daxil olacaqdır. Avtomobil ilə çəkilmiş şəkillər hər gün social şəbəkələrdə dərc ediləcəkdir.
Dəbdəbəli ofroder yeni nəsil Phantom modelinin inşa edildiyi miqyaslanan alüminium platormasına sahib olacaqdır. Onun qabarit uzunluğu 5,5 metrə bərabər olacaq. Avtomobilin uzunbazalı bayraqdar modifikasiyası da hazırlanacaqdır. Bu modifikasiyanın uzunluğu altı metrə yaxın olacaqdır. Rolls-Royce Cullinan modelinin 571 at qüvvəli 6,75-litrlik V12 mühərriki və səkkiz pilləli ZF avtomatik transmissiyası və tam çəkiş sistemi ilə təchiz ediləcəyi güman olunur.
Sonradan ofroderin hibrid modifikasiyasının təklif ediləcəyi bildirilsə də, belə versiyanın dəqiq təqdimat vaxtı açıqlanmayıb. Əvvəl britaniyalılar yeni modelin “isanları operadan Alp dağlarına paracaq əsl yolsuzluq avtomobili” olacağını bildirmişdirlər. Britaniyalılar ofroder buraxmaq qərarını müştərilərin çoxsaylı müraciətlərindən sonra qəbul etdiklərini xüsusi olaraq vurğulayıblar.