«Rolls-Royce Motor Cars» şirkəti ənənəvi şampandan başqa özünü daha orijinal içki ilə sevindirmək istəyən estetlər üçün kokteyl hazırlamaq üçün lazımi ləvazimatlara malik olan eksklüziv dəsti fəxrlə təqdim edir. Məhdud sayda satışa çıxarılan bu komplekt Milad bayramı ərəfəsində Londonda «Harrods» univermağının vitrinlərini bəzəyəcək.

Bu unikal aksessuar ideyasını reallığa çevirməyə «Rolls-Royce»un mahir ustalarının incə işi və detallara olan məşhur etina yardım edib. Dəstin yaradıcısı, «Rolls-Royce» aksessuarlarının dizayneri, Sina-Mariya Eql, peşəkar məsləhəti üçün Londonun «Dorchester» və «45 Park Lane» hotellərində çalışan ekspertlərə müraciət edib. Həmin məsləhətlərin əsasında klassik və müasir kokteyllərin yaradılması üçün səbətdə bütün lazımi elementlər nəzərdə tutulub.

Dəstin gövdəsi Amerikada bitən şabalıd ağacından və natural teksturaya malik olan zərif dərilə əl ilə işlənib – həmin materiallar bəzi «Rolls-Royce» avtomobillərinin interyerində istifadə olunur. Hər bir nüsxənin hazırlanması üçün 8 həftə vaxt tələb olunur. 

«Navy Blue» rəngində dəriyə malik olan qapağı sadəcə açmaqla qarşınızda mükəmməl kokteyllərin hazırlanması və dequstasiyası üçün hər şey hazır olur. Səbətdə olan və əl ilə işlənilən hər bir alət unikaldır və estetik qüsursuzluq, funksionallıq və istifadədə rahatlıq ilə tam uyğunlaşdırılıb.

Yüngüllük və güzəştsiz təmtəraqlıq – aksessuarın dizaynının leytmotividir. Meyvə bıçağı maqnitlə təchiz olunan taxta paneldə saxlanılır ki, bu da biçağın təhlükəsiz və asan daşınmasını təmin edir. Quraşdırılmış işıqlanma isə qapaq açılan zaman avtomatik yanır, səbətin interyerini gözoxşayan işıq aynalı səthlərdən əks olunaraq zəngin kokteyl-barın ab-havasını yaradır.

«Bizim yaratdığımız hər bir avtomobil öz sahibinin həyat tərzini və dünya görünüşünü əks etdirir. Təcəssümün misilsiz imkanları heç də avtomobilin bəzənməsi ilə məhdudlaşmır: onları müştərilərin həyat tərzinə uyğun aksessuarlar xeyli genişləndirir.

Kokteyllər üçün peşəkarcasına hazırlanan piknik səbəti dünyanın ən tələbkar təmtəraq həvəskarlarının – «Rolls-Royce» sahiblərinin tələbinin anladığımızı nümayiş eydirir», - deyə «Bespoke» dizayner qrupunun rəhbəri Qevin Hartli bildirib.

Aksessuar dəstinin yaradıcıları qüsursuz rahatlığı təmin etmək üçün bütün mümkün olan vəziyyətləri nəzərə alaraq orijinal həllərdən istifadə edib. Qonaqlara kanape hazırlamaq üçün bütün inqrediyentlər hazırdır: səbətin alt hissəsində buz qabıdan sağ və sol tərəflərdə iki boşqab yer alır, səliqəli siyirtmə qutularda isə müxtəlif reseptlər və pambıq salfetlər saxlanılır. Qədəhlər, qrafinlər və şeykerlər səbətin «Golden Sand» dəri ilə işlənmiş üst hissəsində saxlanılır. Bu rəng parlaqlığa görə seçilib və cilalanmış alüminə bənzəyir.

Kiçik alətlər, «American Walnut» rəngində olan kokteyl üçün taxta çubuqlar və RR monoqramlı ələk daxil olmaqla, xüsusi hazırlanmış hərəkət edən rəfdə saxlanılır. Sözügedən bu dolab rahatlıqla açılır və istifadə olunmayan halda avtomatik bağlanır.

Yalnız dünyanın ən yaxşı tədarükçülərindən olan ən zərif materiallar «Rolls-Royce» avtomobilini bəzəməyə layiqdir. Hazırda bu prinsip şüşə qab-qacağın seçiminə də aiddir. «Rolls-Royce» şirkəti ənənələrə sadiq qaldığına və sənət bacarığına görə Avropanın ən adlı-sanlı şüşə avadanlıqları istehsalçısı və kral saraylarının tədarükçüsü olan «Theresinthal» manufakturasını seçib.

Ənənəvi üfürmə üsulu ilə qədəhlərin hazırlanmasına bir ay vaxt tələb olunsa da, bu, mükəmməl hamar səthi təmin edir. «Theresienthal»da çalışan ustaların əksəriyyəti bu manufakturada artıq ailələrinin 5-ci nəslin nümayəndədirlər. Hər qədəhin unikallığı istehsalın hər mərhələsində əl işinin olmasıdır: görünməyən fərq ustanın individuallığını əks etdirir.

Qədəhlərin incəliyini vurğulayan zərif ştrix – platindən haşiyənin işlənməsidir. Xüsusi quraşdırılmış kəsmə taxtanın altında qədəhlər üçün məcməyi quraşdırılıb, hansı ki, «Rolls-Royce»a məxsus tərzdə qonaqlara bənzərsiz içkiləri təqdim etməyə imkan yaradır.

Dəsti brendin unikal tarixindən ilhamlanan kokteyl reseptləri kitabı tamamlayır. Bu nəfis dəstin eksklüzivliyi ondadir ki, o, məhdud tirajda hazırlanacaq – cəmi 15 ədəd. Onlardan birini dünyada 130 rəsmi nümayəndəliyinin birinə sifariş verərək əldə etmək mümkündür.

«Rolls-Royce»un piknik səbətinə 4 ədəd əl işi olan qrafin, 4 ədəd əl işi olan qədəh, kokteyl üçün şeyker, buz üçün vedrə və maşa, butulka açan, bıçaq, qəlyanaltı üçün 2 ədəd boşqab, salfetlər, kokteyl üçün 6 ədəd çubuq, qida məhsulları üçün 2 ədəd konteyner, qaşıq, ölçü nişanlı stəkan, bar həvəngdəsi, pulverizator, sini və s. aksessuarlar daxildir. 

Sözügedən aksessuarlardan ibarət olan piknik səbətinin qiyməti Böyük Britaniyada 26 366 funt, Avropada – 31 515 avro, ABŞ və digər ölkələrdə isə 46 328 ABŞ dolları təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt