Rolls-Royce şirkəti Dawn modelinin xüsusi modifikasiyası olan “Inspired by Fashion” adlı kabrioleti təqdim etmişdir. Xüsusi kabrioletin hazırlanması üzərində “yüksək dəb aləmini” və Kral incəsənət kollecini təmsil edən dizaynerlər komandası işləmişdir.

Avtomobilin qapılarındakı cibləri Britaniya markasına məxsus olan “Vəcdin ruhu” emblemi naxışları olan incə ipək parça ilə üzlənmişdir. Özü də hər bir “fiqur” qapı xətti ilə harmoniya təşkil etmək üçün 55 dərəcəlik dəqiq mailliyə malikdir.  Xüsusi Rolls-Royce Dawn modeli Piano White rəngli ön panellə təchiz edilmişdir. Bu panelin ağ lak qatı ilə örtülməsinə doqquz gün sərf edilir. Ön panelin tərtibatında alüminium əlavələrdən və eksklyuziv saatdan da istifadə edilmişdir.

Xüsusi kabrioletin kuzovu Andalucian White ağ rənli boya ilə rənglənmişdir. Açılan tavanı qırmızı (Mugello Red), mavi (Cobalto Blue) və narıncı (Mandarin) rəngində sifariş etmək olar. Texniki cəhətdən avtomobil dəyişikliyə məruz qalmamışdır. O, 6,6-litrlik iki turbokompressorlu V12 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 570 at qüvvəsinə və 780 Nm fırlanma anına malikdir. Kabriolet 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt