Rolls-Royce şirkəti dörd nüsxəlik tirajla buraxılacaq Boat Tail kabrioletinin üçüncü nüsxəsini təqdim edib. Avtomobil Rolls-Royce Coachbuild bölməsi tərəfindən yaradılıb, orijinal kuzovu və interyerin xüsusi tərtibatına malik olan Phantom Drophead Coupe kabrioletidir.

Eksklüziv rodster Sinqapurdan olan müştərinin sifarişi ilə inşa edilib və mifik “Yerdəki cənnət” – Arkadiyanın adını daşıyır. Avtomobil sakitliyin ekvivalenti kimi düşünülüb, ona görə də, minimalist dizayna və təmkinli dekora malikdir. 

İlk iki avtomobil keçən ilin yayında nümayiş etdirilib. Üçüncü nüsxə Arcadia adlandırılıb. Öz digər Droptail modellərindən özünəməxsus eksteryer və interyerin ağ rəngi ilə seçilir. İnteryer bej rəngində dəri və bolluca ağac dekorla bəzədilib.

İnteryerin hazırlanmasına 8000 saat əl əməyi sərf edilib. Eksklüziv salondakı saat da əllə yığılıb ki, onun hazırlanması və istehsalına iki ildən çox vaxt sərf olunub. Rolls-Royce Droptail Arcadia artıq Sinqapurdakı alıcıya göndərilib; onun dəqiq qiyməti məlum deyil, lakin ilk iki nüsxənin 30 və 32 milyon dollara başa gəldiyi məlumdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Phantom texniki cəhətdən dəyişməyib - kapotun altında 6,75-litrlik V12 biturbo mühərriki (571 at qüvvəsi, 900 Nm) və səkkiz pilləli ZF “avtomatı” quraşdırılıb.

Rolls-Royce Boat Tail tələb olunan sınaq testlərindən keçib və ümumi istifadə yolları üçün sertifikatlandırılıb, lakin belə avtomobili satın almaq mümkün deyil. Sifariş edilmiş avtomobillər eksklüziv olaraq qalacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.