Britaniya istehsalçısı mühüm müştərilərindən birinin sifarişi ilə hazırlanmış eksklüziv Cullinan krossoverini nümayiş etdirib. Müştəri öz atasının 90 illik yubileyinə xüsusi hədiyyə hazırlamaq istəyib. Dubay bölməsinin rəhbərləri sifarişçinin atası ilə görüşərək, onun həyatı və ehtiraslarını öyrəniblər. Əldə edilən məlumat bölmənin rəhbərləri üçün ilham mənbəyi olub.

Krossoverin ən diqqət çəkən zahiri xüsusiyyəti onun çəhrayıya çalan mirvari rəngidir. Bu rəng təsadüfən seçilməyib – o, müştərinin kolleksiyasındakı ən bahalı mirvariyə aiddir.

Eksteryer rəngi xüsusi olaraq “mirvarili” Cullinan üçün yaradılıb: Rolls-Royce belə bir rəngə başqa heç bir avtomobildə rast gəlinməyəcəyini vəd edir. Boyanın yaradılması işlərinə xüsusi diqqətlə yanaşılıb. Qudvud istehsalçısının mütəxəssisləri təbii mirvarilərin parıldamasını təqlid etmək üçün piqmentləri diqqətlə seçib, metalliki mirvari ilə uyğunlaşdırıblar.

Mükəmməl çalar tapılana qədər, mütəxəssislər tam ölçülü kuzov panellərini təxminən 30 dəfə boyanmalı olublar. Boya flüoresan lampaların işığı altında tədqiq edilib, Dubay günəşinin altında xarab olmaması üçün istiliyə davamlılığı yoxlanılıb və nəhayət nəticə təsdiq üçün müştəriyə göstərilib.

Pearl Rose çaları çəhrayı qızıl rəngində elementlərlə, o cümlədən Spirit of Ecstasy heykəlciyi, təkər diskinin mərkəzi hissəsi və qapı kandarlarındakı lövhələr ilə uyğunlaşdırılıb.

Tam şəkildə göstərilməyən interyerdə müxtəlif rəngli dəridən istifadə edilib: ön oturacaqlar boz, arxa oturacaqlar isə, mirvarilərin nümayişi üçün istifadə olunan yastıq kimi qırmızı rəngdədir. Bundan başqa, ağacdan mücrüləri xatırladan qoz şponundan da istifadə olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Oturacaqlardakı tikmə-naxışlar RR monoqramları və çəhrayı saplar ilə bəzədilib. Qatlanan masaların tərtibatı həm mərcanqulağından, həm də ənənəvi ərəb naxışlarından ilhamlanıb: masaların hər biri 1351 fərdi sədəf parçası ilə bəzədilib.

Qoz ağacından hazırlanmış ön panelində sifarişlə hazırlanmış sədəfli saat və günün qəhrəmanına işarə var – panelin mərkəzində ərəbcə "ata" sözü həkk olunub.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.