Rolls-Royce şirkətinin Bespoke bölməsi son işlərindən biri olan Wraith Inspired By Earth kupesi haqqında danışıb. Avtomobilin üzərində günəş sisteminin quruluşuna, yer səthinin formasının müxtəlifliyinə və müştərinin yaşadığı konkret bölgəyə istinad var. Söhbət Yaxın Şərqdən gedir.
Bir qayda olaraq, Bespoke bölməsinin dizaynerləri yalnız müştərinin layihəyə ümumi baxışı ilə tanış olurlar. Ancaq Rolls-Royce Wraith Inspired By Earth layihəsində, işlər eyni zamanda iki istiqamətdə aparılıb: daha geniş, makrosəviyyədə stilistlər günəş sisteminin quruluş xüsusiyyətlərini, mikrosəviyyədə isə müştərinin evi adlandırdığı məkanı ön plana çıxarmaq üçün yollar axtarıblar.
Nəticədə kupe göy Royal Blue boyanıb ki, bu yer üzünün 75 faizini örtən suyun simvoludur. Coachline aksent xətti ənənəvi olaraq əl ilə çəkilib, Günəş və Günəş sisteminin səkkiz planetinin təsvirləri ilə tamamlanıb. Aeroqrafikanın köməyi ilə Qırmızı dəniz və Osmanlı Körfəzini ilə əhatə olunmuş və mərkəzində Birləşmiş Ərəb Əmirlikləri olan Yaxın Şərq bölgəsinin peyk xəritəsi həkk edilib.
Kupenin salonunda əsas leytmotiv yer səthinin müxtəlif formaları və təbiətin zənginliyi olub. Oturacaqların üzləndiyi qum rəngli dəri BƏƏ-nin səhrasını təqlid edir, Navy və Cobalto Blue vurğuları çay və göllərdir, yaşıl haşiyə isə canlı təbiətin təzahürüdür. Baş dayaqlarına həkk edilmiş RR monoqramı buludlara və şəffaf axınlara işarə edən arktik ağ rəngindədir.
Salonun arxa hissədində, Bespoke mütəxəssisləri buludların detallı təsvirini yaradıblar. Piano Milori dekoru ilə bəzədilmiş ön panelin sərnişin tərəfində Yaxın Şərqin peyk təsviri və onun mərkəzi hissəsində isə, Günəş sisteminin planetləri əks olunub: planetlərin hamısı gümüşdən, Yer isə qızıldandır.
Unikal Rolls-Royce Wraith Inspired By Earth modeli 632 at qüvvəsi və 870 Nm fırlanma anı hasil edən 6,6-litrlik V12 biturbo mühərriki ilə təchiz edilib. Güc aqreqatı səkkiz pilləli "avtomat" ilə tandemdə çalışır.