BMW şirkəti yeni avtomobil platformasını hazırlayır. Car nəşrinin bildiridyinə görə, yeni platforma həm daxili yanma mühərriki, həm də tam elektrik qurğusu ilə təchiz edilən avtomobillər istehsal etməyə imkan verəcəkdir. Yen arxitektura CLAR WE adlanırılıb.
Yeni platformanın üzərində yeddinci və beşinci seriydan olan elektrik sedanlarinşa ediləcəkdir. Beləliklə, sırf elektrik ötürməsi ilə hərəkətə gələcək bayraqdar 7 Series sedanı 2023-cü ildə debüt edəcəkdir.
Lakin, BMW modellərindən öncə, 2022-ci ildə sırf elektrik ötürməsi ilə hərəkətə gələn Rolls-Royce Phantom sedanı işıq üzü görəcəkdir. 2027-ci ildə britaniya istehsalçısı Cullinan krossoverinin elektrik versiyasını müştərilərinə təklif edəcəkdir.
Maraqlıdır ki, hər iki avtomobil benzin versiyası saxlanılacaqdır - yəni, elektrik ötrüməsi sadəcə opsiya olacaqdır. Bu proses daxili yanma mühərrikləri ilə təchiz edilmiş yeni avtomobillərin satışına qadağa qoyulmasına qədər davam edəcəkdir.