Rolls-Royce şirkəti Black Badge Cullinan Blue Shadow "kosmik" krossoverini təqdim edib. O, Yerin atmosferi ilə kosmos arasındakı şərti sərhəd olan Karman xəttindən ilhamlanaraq yaradılıb və Bespoke bölməsinin bir neçə yeni dizayn həllərini nümayiş etdirir. Bunlara misal kimi, oturacaqlardakı dəliklərdən ibarət naxışı, Ay tikmə-naxışını və ön paneldəki yer atmosferinin görünən kənarını nümayiş etdirən unikal qrafikanı göstərmək olar.

Karman xətti dəniz səviyyəsindən 100 kilometr yüksəklikdə yerləşən Yer atmosferi ilə kosmos arasındakı şərti sərhəddir. Burada səmanın mavi hissəsi rəvan şəkildə qaranlığa keçir və məhz bu sirr və səssizlik Rolls-Royce Bespoke bölməsini Black Badge Cullinan (6,75-litrlik V12, 600 at qüvvəsi, 900 Nm) Blue Shadow Private Collection adlanan “kosmik” versiyasını yaratmağa ruhlandırıb. “Kosmik” nəşrin tirajı cəmi 62 nüsxədən ibarət olacaqdır ki, bu Karman xəttinin uzunluğuna (62 mil) işarə edir.

Krossoverə xüsusi cazibəni kuzovun tünd mavi Stardust Blue rəngi verir. Radiator barmaqlığının satinləşdirilmiş haşiyəsi və bamper əlavələrində Space Shuttle gəmisini istilikdən qoruyan plitələrin keramika örtüyünə istinadı görmək olar. Spirit of Ecstasy heykəlciyi titandan çap olunub və nazik mavi lak təbəqəsi sayəsində mirvari kimi parıldayır. Onun postamentində isə, xüsusi nəşrin adı həkk olunub - Blue Shadow. Bu yazının hərfləri üçün daha bir mavi çalardan - Charles Blue rəngindən istifadə olunub.

Ofrouderin salonu, Rolls-Royce avtomobillərinə xas olan üslubda - xüsusi səliqə və detallara diqqət yetirməklə yaradılıb. Karman xəttində mavi bir halə ilə təsvir olunan yer atmosferinin görünən kənarı bütövlükdə ön paneli bəzəyir və qapılara keçir. Üçölçülü effekt altı mavi və bir qara rəngdən, həmçinin mavi və şəffaf şüşə parçaları olan lakdan istifadə etməklə əldə edilib. Ön paneldəki saatın siferblatı fərqli şəkildə bəzədilib. Sərnişinlərin başlarının üstündə ay formasında tikmə-naxış var ki, onun ərsəyə gətirilməsi üçün 250 min tikiş və iki tam iş günü sərf olunub. Yerin peyki 1183 ulduz-işıqdiodları ilə əhatə olunub: 799 ağ və 384 mavi.

İlk dəfə olaraq, Rolls-Royce avtomobilinin ön və arxa oturacaqları unikal dəlikli naxış ilə bəzədiliblər. O, Yerin kosmosdan görünüşünü (buludlar, yüksəkliklər və dənizlərin əks olunduğu) xatırladır və diametri 0,8 və 1,2 millimetr olan 75 min kiçik dəlikdən ibarətdir. Dizaynerlər naxışı hazırlamaq üçün beş həftə vaxt sərf ediblər, mükəmməl nəticə isə yalnız beş sınaq cəhdindən sonra əldə olunub. Eyni naxışa qatlanan masaların və tent örtüyünün aşağı müstəvilərində də rast gəlmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sonuncu ayrıca təklif olunur. Onu müvafiq rəng sxeminə malik olan səyahət çantaları dəsti və 1:8 miqyasında olan Black Badge Cullinan Blue Shadow model  ilə tamamlamaq mümkündür. Krossoverin miqyaslı nüsxəsi tam işlək xarici və daxili işıqlandırmaya, taybatay açılan qapılara, dəqiq şəkildə yaradılmış interyerə və hətta işıqlandırılan kandar lövhələrinə malik olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.