Rolls-Royce şirkəti Phantom flaqman sedanının Tempus Collection adlı yeni xüsusi nəşrini nümayiş etdirib. Zəngin işıqlandırmaya malik olan interyerin tərtibatı zamanı Qudvuddan olan dizaynerlər zaman fenomeninə, astronomik təzahürlərə və kainatın sonsuzluğu mövzularına müraciət ediblər.
“Kosmik” Phantom Tempus sedanının mərkəzi elementi 1967-ci ildə yüzlərlə işıq ili boyunca kosmosun uzaq guşələrində kəşf edilmiş müxtəlif şülanma növlərinin kosmik mənbəyi olan pulsardır. Sedanın salonunda bu neytron ulduzu firma “ulduzlu tavanda” əksini tapıb.
Bayraqdar sedanın ön panelinin tərtibatı zaman mövzusuna həsr edilib. Phantom Tempus sedanında ön paneldəki analoq saatdan imtina edilib: bu, avtomobil sahibin istənilən vaxt məhdudiyyətindən asılı olmadığının təzahürüdür. Bütöv alüminium parçasından, hamar cizgiləri olan üçölçülü naxışı yaradan 100 “sütun” kəsilib. Bu “sütunların” sayı da təsadüfən seçilməyib: pulsarın fırlanma dövrü 100 milyon il təşkil edir.
Phantom Tempus Collection qapı kartları parlayan yüzlərlə “ulduz” və ziddiyyətli dəri ilə bəzədilib, əlcək qutusunda isə Albert Enşteynin sitatı həkk olunub: “Keçmiş, indiki və gələcək arasındakı fərq israrlı bir şey olsa da, sadəcə bir xəyaldır”.
Sedanın eksteryeri üçün Bespoke bölməsinin mütəxəssisləri incə mika hissəciklərinin əlavə edilməsi sayəsində parıldayan və rəngdən-rəngə keçən xüsusi Kairos Blue boyasını hazırlayıblar. Sedanın kapotunda, müştəri üçün xüsusi əhəmiyyət daşıyan tarix və məkanın həkk oluna biləcəyi, habelə bu yaxınlarda 110 illik yubileyi qeyd edilən Ecstasy Spirit heykəlciyi quraşdırılır.
Eksklüziv avtomobilin sahibi bonus olaraq, misilsiz bir aksesuarı əldə edəcəkdir - əl ilə pulsar təsviri çəkilmiş şampan qutusu, şüşələrin soyudulması üçün vedrələr, V12 mühərrikinin silindrlərinə bənzər şəkildə düzülmüş dörd ədəd dağ büllurundan hazırlanmış qədəh və mirvari kürü qaşığı.
Phantom modelinin digər xüsusi buraxılışları kimi, Tempus Collection sedanının tirajı 20 nüsxə ilə məhdudlaşdırılıb. Bütün avtomobillər artıq öz sahiblərini tapıblar. Eksklüziv sedanın qiyməti açıqlanmayıb.