Bu günlərdə Böyük Britaniuanın paytaxtı Londonda keçirilən iki möhtəşəm tədbir Britaniya aristokratlarının yaddaşlarında uzun müddət qalacaqdır. Bu tədbirlər Kensinqtonda “Design Museum”un açılışı və “The Animal Ball” (“Heyvanlar Balı”) adı ilə keçirilən xeyriyyə gecəsi olmuşdurlar.

Gecənin qonaqlarını paytaxt küçələri ilə “Rolls-Royce” avtomobillərində hərəkət edərək dəbdəbəli sərbəstliyi tam mənasında dadmışdırlar. “Phantom”, “Ghost” və “Wraith” modellərindən ibarət olan “donanma” qürubdan dan yeri sökülənədək Vest-End küçələrində dolaşmışdırlar.

Bu zaman Rolls-Royce avtomobillərini “The Animal Ball”ın ab-havasına uyğun heyvan maskaları geyinmiş  məşhur “Ağ əlcəklər məktəbinin” sürücüləri idarə etmişdirlər.

“Design Museum” muzeyinin açılışına aparıcı dizaynerlər, memarlar və incəsənət xadimləri təşrif buyurmuşdurlar. Yeni muzeyi yaratmaqla, təşkilatçılar əfsanəvi dizayner ser Terens Konranın Londonda ən möhtəşəm dizayn muzeyinin yaradılması xəyalını həyata keçirmişdirlər. Gecənin sonrakı saatlarında “Elephant Family” xeyriyyə fondu tərəfindən keçirilən “The Animal Ball” tədbiri baş tutmuşdur. Tədbir çərçivəsində yığılmış vəsait dünyada fillərin sayının artırılmasına və ətraf mühitin qorunmasına dəstək verməyə yönəldiləcək. 

Tədbir “London’s Victoria House”da keçirildi və sözsüz ki, bura Birləşmiş Krallığın ən nüfuzlu insanları məhz “Rolls-Royce” avtomobillərində təşrif buyurmuşdular.

Maskaradın iştirakçıları “Chloé”, “Jimmy Choo”, “Alice Temperley” və “Burberry” kimi dizayner evləri tərəfindən məhz bu tədbir üçün hazırlanmış zərif maskaları geyinmək şansını əldə etmişdilər.

“Dəbdəbəli əşyaların aparıcı istehsalçısı kimi fillərin sayının artırılmasına və dünyanın hər yerində onların yaşayış məkanlarının qorunması kimi əhəmiyyətli tədbiri dəstəkləməyə şadıq. Fikrimcə, “Rolls-Royce” avtomobilində maskarada gəlmədən daha zərif və dəbdəbəli şəkildə xeyriyyə naharının keçirilməsini təsvir etmək mümkün deyil”, - deyə “Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Ötvös bildirmişdir.

Image alt Image alt Image alt Image alt