Rolls-Royce şirkəti hər il keçirilən Monterey Avtomobil Festivalında Bespoke bölməsinin hazırladığı iki unikal avtomobili təqdim edib. Çəhrayı rəngli Ghost sedanı və mavi rəngli Cullinan krossoveri xüsusi sifariş əsasında hazırlanıb. Hər iki avtomobil, kuzovun parlaq boyası ilə yanaşı, eksklüziv interyer tərtibatına malik olublar.

Ghost sedanı ilk dəfə olaraq çəhrayı Bespoke Friskee Pink rənginə boyanıb. Eyni zamanda, avtomobilin salonu tünd göy rəngli Navy Blue və ağ rəngli Arctic White dərisi ilə üzlənib. Bundan başqa, Rolls-Royce üçün yeni olan Shieda rəngində haşiyələr tətbiq edilib. Parlaq bənövşəyi-çəhrayı sxemdən oturacaqların tikişlərində və dekorativ haşiyələrdə, habelə mərkəzi konsoldakı klimat-kontrolun şaybasının bəzədilməsi üçün istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobil əvvəlki kimi, 571 at qüvvəsi və 850 Nm hasil edən 6,75-litrlik V12 biturbo mühərriki və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir. Ghost sedanı 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir. Maksimal sürət 250 km/saatdir.

Digər eksklüziv model Iced Turchese rənginə boyanmış Cullinan Black Badge krossoveridir. Ofrouder mavi tikişləri olan qara salona və ön paneldəki Technical Carbon dekorunu alıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altında eyni 6,75-litrlik V12 biturbo mühərriki yerləşir. Lakin mühərrikin hasilatı 571 at qüvvəsi və 850 Nm fırlanma anından 600 at qüvvəsi və 900 Nm fırlanma anına qədər artırılıb. Cullinan Black Badge modeli 100 km/saat həddinə adi Cullinan krossoverindən 0,3 saniyə daha yeyin - 4,9 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti 250 km/saatdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.