Rolls-Royce şirkəti Phantom Coupe və Drophead Coupe modellərinin Zenith adını almış vida variantını təqdim etmişdir. Xüsusi avtomobillər 50 ədəd təşkil edən seriya ilə buraxılacaqdır. Kupe və kabrioletin istehsalına noyabr ayında son veriləcəkdir. Avtomobillərin vida modifikasiyalarının standart modellərdən fərqi baqajda yerləşdirilən piknik dəstindən, ön panelə və qoltuqalılara lazerlə həkk edilmiş Villa d’Aste və Cenevrə şəhərinin təsvirlərindən, həmçinin kapotda quraşdırılan «Ekstazın ruhu» heykəlciyinin xüsisi variantından ibarət olacaqdır.
Rolls-Royce Phantom sedanın da buraxılışına bu ilin sonunda xitam verilməlidir. Dəbdəbəli avtomobil istehsalçısının nümayəndələri Phantom modelinin növbəti nəslinin yeni alüminiumdan hazırlanmış platformada istehsal ediləcəyini və 2018-ci ildə müştərilərə çatdırılacağını bildirmişlər. Ehtimal edilir ki, yeni platformada yığılacaq ilk avtomobil, Brinatiya markasının ilk krossoveri Gullinan modeli olacaqdır.
Artıq Rolls-Royce şirkəti yeni avtomobilin sınaqlarına başlamışdır. Rolls-Royce Phantom modelinin cari nəsli 2003-cü ildə debüt etmişdir. Avtomobil 460 at qüvvəsi olan 6,7-litrlik benzin mühərriki və altı pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir.