Rolls-Royce markasının bayraqdar Phantom sedanı müntəzəm olaraq dəbdəbəli xüsusi versiyalar ilə diqqəti cəb edir. Keçən ilin yayında Aralıq dənizi mif və əfsanələrindən ilhamlanaraq yaradılmış Phantom Scintilla sedanı nümayiş etdirilib.

Ötən yazda isə, yapon sakurasına ithaf olunmuş Phantom Cherry Blossom sedanı hazırlanıb. Bu gün isə, Yaxın Şərqdən olan bir müştərinin öz atası üçün sifariş verdiyi Rolls-Royce Phantom Dentelle sedanı təqdim olunur.

Bu xüsusi nəşrin ilham mənbəyi krujeva hazırlanması üzrə yüksək ustalıqdır. Ön panelin sərnişin tərəfindəki bölməsi üçqat tikiş texnikasından istifadə edilməklə hazırlanmış üçölçülü naxışlı tikmə ilə bəzədilib.

Tikməli naxışın mövzusu çiçəkli kompozisiyadır və onun yaradılması üçün ipək parıltılı satindən istifadə olunub. Kompozisiyanın özünü yaratmaq üçün isə, müxtəlif parça ipləri ilə işlənmiş 160 min tikişdən istifadə olunub.

Arxa oturacaqdakı mərkəzi dirsəkaltı da oxşar şəkildə bəzədilib. Onun üzərindəki kompozisiyada da gül motivlərdən, oxşar materiallardan və tikmə texnikasından istifadə edilib.

Bu naxışı yaratmaq üçün 70 mindən çox tikmədən istifadə olunub. Krujeva kompozisiyaları ilə yanaşı, Dentelle versiyasının salonu açıq qəhvəyi və ağ dəri ilə üzlənib. Audio sistemin dinamikləri qızılı torla örtülüblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun üzərindəki məşhur “Spirit of Ecstasy” heykəlciyi də qızılla işlənib. Firma radiator barmaqlığı güzgü parıltısına qədər cilalanıb. Qızıl dekorasiyadan həmçinin kuzovun yuxarı hissəsi ilə eyni rənginə boyanmış mərkəzi hissəsi olan 22-düymlük təkər disklərində istifadə olunur. Kuzov isə, öz növbəsində, salon tərtibatına uyğun olaraq rənglənib.

Rolls-Royce Phantom Dentelle yeganə nüsxədə inşa edilib və brendin Dubay bölməsinə təhvil verilib. Unikal avtomobilin qiyməti, əlbəttə ki, açıqlanmır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.