Rolls-Royce-un Dubaydakı Private Office bölməsi tərəfindən hazırlanmış Phantom Hummingbird müştərinin xüsusi sifarişi ilə inşa olunub. O, avtomobili həyat yoldaşına həsr edib. Avtomobilin əsas mövzusu kolibri quşudur.

Model Rolls-Royce tarixində abalon qabığı ilə bəzədilən ilk avtomobildir. Dəniz ilbizinin qabığından və sədəfdən hazırlanan dekorativ elementlər kolibrinin parlaq lələklərini imitasiya edir.

Arxa piknik masalarındakı hər bir kolibri fiquru 53 hissədən, o cümlədən 18 qanad elementindən ibarətdir. Arxa oturacaqların arasındakı paneldə isə 84 hissəli botanika motivi yerləşdirilib.

Layihənin hazırlanması doqquz aydan çox davam edib. Kövrək qabıq hissələri lazerlə kəsilib, daha sonra ustalar tərəfindən əl ilə formalaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonun tərtibatında Creme Light rəngli dəridən, “Seashell” xalçalarından və ulduzlu səma effekti yaradan Starlight Headliner tavanından istifadə olunub. Kuzov isə Wildberry və White Sands rənglərinin iki tonlu kombinasiyasına malikdir.

Phantom Hummingbird yalnız yeganə nüsxədə hazırlanıb və məlum məsələdir ki, onun qiyməti açıqlanmayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.