Rolls-Royce şirkəti Spectre kupesini təkrar satmaq planları olan müştərilərinə xəbərdarlıq edib. Britaniya istehsalçısının ilk elektromobili müştərilərə payızda çatdırılmalıdır, lakin şirkətin baş direktoru Torsten Müller-Otvos onlara Spectre kupesinin təkrar satışından pul qazanmaq cəhdinin ömürlük qadağaya səbəb olacağını bildirib.
Avtomobil istehsalçısı spekulyasiyadan xəbər tutarsa, alıcını qara siyahıya salacaq və o, bir daha yeni Rolls-Royce avtomobilini vasitəçisiz ala bilməyəcəkdir.
Rolls-Royce rəhbəri Spectre sahiblərinə boş yerə xəbərdarlıq etməyib: elektromobil üçün növbə 2025-ci ilə qədər uzanır və tədarük çatışmazlığı kupe alan ilk şanslılara yaxşı pul qazanmağa imkan verir. Superkarların, klassik və dəbdəbəli avtomobillərin satıcısı Tom Hartli artıq iki Spectre kupesini aldığı ilə öyünüb.
Təcrübəli iş adamı avtomobil istehsalçılarının pul məsələsində iş adamlarını, aristokratları və sahibkarları heç vaxt dayandıra bilməyəcəklərini qeyd edib. Məsələn o, iki Rolls-Royce Spectre kupesini almaq üçün 50.000 funt sterlinq əlavə pul ödəməli olub. Müqayisə üçün qeyd edək ki, elektromobilin top versiyası müştəriyə təxminən 450 min funt-sterlinqə başa gələcəkdir.
Tom Hartlinin fikrincə, avtomobil istehsalçısının müştərilərə avtomobillə nə edəcəyini söyləməsi ədalətsizlikdir. Hartli - “vəziyyət dəyişir, insanların avtomobilini satmaq üçün ciddi səbələri ola bilər. Məsələn, maliyyə problemləri”, - deyib.
Bununla belə, müəyyən müddət ərzində təkrar satışa qadağalar qoyulması adi bir haldır və belə yanaşma təkcə Rolls-Royce şirkətinə xas deyil - Ferrari və Ford şirkətləri də bu üsuldan istifadə edirlər.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.