“CarBuzz” portalı ortastatistik Rolls-Royce modelinin illik yürüşünü (3000 mil və ya təxminən 4800 kilometr) nəzərə alaraq, onu “batareyalı” kupenin bəyan edilmiş güc ehtiyatı ilə (260 mil və ya 418 kilometr) müqayisə edib və maraqlı nəticəyə gəlib. Spectre kupesinin sahibi orta hesabla ildə 11,5 dəfə avtomobilinin batareyasını doldurmalıdır - yəni, ayda bir dəfə. Spectre layihəsinin meneceri Rodri Qud nəşrin hesablamalarını təkzib etməyib və elektromobilin alıcılarına şarj cihazının quraşdırılması üzrə konsyerj xidmətin göstəriləcəyini bildirib.
Ortastatistik Rolls-Royce sahibi yeddi başqa avtomobilə malikdir, ona görə də elektromobilin batareyası dolan zaman o digər avtomobillərindən istifadə edə bilər. Bununla belə, Britaniya brendi məişət şəbəkəsindən enerji doldurmanın əlçatanlığı barədə də düşünüb: 102 kilovat-saatlıq batareyanı evdəki rozetkadan 11 saatdan az müddətdə doldurmaq olar, amma lazım gələrsə, 50 kilovatlıq “supercharger” quraşdırmaq da mümkündür. Məsələn, Avropadakı Rolls-Royce sahiblərindən biri özünün şəxsi rezidensiyasında artıq belə terminal quraşdırıb.
Beləliklə, benzin mühərrikli Rolls-Royce sahiblərindən fərqli olaraq, elektromobilin sahibi heç vaxt başqaları ilə birlikdə enerji doldurmaya bilər. Qeyd etmək gərəkdir ki, sürətli ictimai terminallardan enerji ehtiyatının 10 faizdən 80 faizini cəmi 34 dəqiqə ərzində bərpa etmək olar. Spectre layihəsinin meneceri qeyd edib ki, ilk Rolls-Royce elektromobili müştəriyə çatdırıldıqdan sonra, pulsuz enerji doldurmağı təklif edəcək tərəfdaşı da açıqlayacaqdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.