Britaniyanın dəbdəbəli avtomobil istehsalçısı olan Rolls-Royce şirkəti Səudiyyə Ərəbistanının kral ailəsi tərəfindən sifariş edilimiş xüsusi Ghost modelinin təsvirlərini yayımlamışdır. Tamamilə əllə yığılan avtomobil Rolls-Royce Ghost Red Diamond Edition adlanır və yeganə sayda istehsal edilmişdir. Avtomobil xüsusi qırmızı məxməri rəngə boyanmış və cilalanmış alüminiumdan hazırlanmış məşhur radiator barmaqlığına malikdir. Qırmızı haşiyələri avtomobilin yüngül lehimli disklərində də görmək mümkündür.
Belə bir avtomobilin adi interyerə malik olacağı əlbəttə ki, qeyri-mümkündür. Rolls-Royce ustaları avtomobilin iç məkanını xüsusi tünd qırmızı (Consort Red) və sarı-qəhvəyi rənglərdən ibarət yüksək kefiyyətli dəri ilə işləmişlər. Avtomobilin salonunun döşəməsi üçün də xüsusi tünd qırmızı rəngli örtükdən istifadə edillmişdir. Lakin, sifarişçının tələbi ilə britaniyalılar, avtomobilin salonunda 41 ədəd brilliant yerləşdirmişdir ki, onlar da Papua-Yeni Qvineya adalarında bitən Paldao ağacından hazırlanmış işləmələrin «həndəsi formaları üzərində» quraşdırılmışdlr.
Texniki cəhətdən avtomobil dəyişikliklərə məruz qalmamışdır. Dəbdəbəli sedan 6,6-litrlik 563 at qüvvəsi olan ikiqat-turbolu V12 mühərriki ilə təchiz edilir.