Sedan, sözün əsl mənasında, 1964-cü ildə çəkilmiş filmə istinadlarla doludur. Məsələn, o, filmdəki Phantom III modeli kimi ikirəngli kuzova, AU 1 nömrə nişanına, eləcə də unikal Spirit of Ecstasy heykəlciyinə malikdir. Phantom Goldfinger yeganə nüsxədə inşa olunub.

“Goldfinger” filminin 60 illik yubileyi münasibətilə DB12 modelinin xüsusi versiyasını təqdim edən Aston Martin şirkətinin ardınca, Rolls-Royce şirkəti də bu filmin nümayişinin yubileyini qeyd etməyə qərar verib.

Phantom Goldfinger sedanı Ceyms Bondun əsas antaqonisti Aurik Qoldfingerin Phantom III Sedanca de Ville modelinin üslubunda hazırlanıb. Hətta Spirit of Ecstasy heykəlciyi filmə istinad olaraq  xidmət edir. O, gümüş qatının altında gizlədilmiş qızıldan hazırlanıb ki, bu da Qoldfingerin avtomobilin kuzovunda gizlətdiyi qaçaq mala istinad edir.

Lakin işlər bununla məhdudlaşmır. Mərkəzi konsolda işıqlandırılan, 18 karatlıq qızıldan hazırlanmış Speedform modeli olan gizli seyf var. Əlcək qutusundakı qızıl lövhədə Qoldfingerin məşhur sitatı həkk olunub: “Bu qızıldır, mister Bond. Bütün ömrüm boyu onun rənginə, parlaqlığına, ilahi ağırlığına aşiq olmuşam”.  Qızıl külçələrinə bənzəyən kandar lövhələrində filmdəki orijinal şriftdən istifadə edilib. 007 ilə bitən VIN nömrəsi olan lövhə də var.

Rolls-Royce dizaynerlərinin incə işlərini nümayiş etdirmək üçün istifadə olunan və qalereya adlanan ön paneldəki məkan paslanmayan poladdan hazırlanıb. Vakuum çiləmə üsulu ilə ona tünd örtük çəkilib, sonra isə, oyma üsulu ilə, Furka aşırımının konturlarına bənzəyən izoxətləri olan xəritə həkk edilib.

Keçidin özü qızıl rəngdədir və o, Starlight Headliner tavanının 719 "ulduzu" ilə işıqlandırılır. Bu “ulduzların” yerləşməsi İsveçrədəki çəkilişlərin son günündə - 11 iyul 1964-cü ildə olduğu kimidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Phantom Goldfinger modelinin interyer tərtibatında tünd mavi rəngli dəridən və qoz ağacının şponundan istifadə edilib. Ön oturacaqların arxa tərəfindəki ağacdan masalar ABŞ-ın qızıl ehtiyatlarının saxlandığı Fort Noksun uydurma xəritəsi şəklində inkrustasiya ilə bəzədilib. Onun yaradılması altı ay çəkib və bu müddət ərzində dizaynerlər üçdən çox müxtəlif variant fikirləşiblər.

Onlar həmçinin avtomobil üçün qızıldan bir çqolf dəyənəyi (“Goldfinger” filminə başqa istinad) və baqaj üçün proyektor hazırlayıblar ki, o da Bondun  cinayətkarı tapmaq üçün istifadə etdiyi mayak-trekerə bənzəyir. Son toxunuş olaraq, Phantom mövzuya uyğun bir nömrə nişanını alıb – kinodakı AU 1.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.