Rolls-Royce şirkəti 2021-ci ilin ilk rübündə avtomobil satışı üzrə rekorda imza atdığını elan edib. Britaniya markası son üç ayda, 116-illik tarixi boyu əldə etdiyi rekord rəqəmi açıqlayıb. Satışların liderləri yeni Ghost limuzini və Cullinan krossoveri olub.
2021-ci ilin birinci rübündə avtomobillərin çatdırılması 2020-ci ilin eyni dövrü ilə müqayisədə 62% artıb. 1 yanvar - 31 mart tarixləri arasında markanın müştərilərinə 1380 avtomobil çatdırılıb. Beləliklə, şirkət 2019-cu ildə qeydə alınmış əvvəlki rüblük rekordu yeniləyib.
Rolls-Royce Motor Cars şirkətinin icraçı direktoru Torsten Müller-Otvosun bildirdiyinə görə, satışların artması bütün qlobal bazarlarda qeydə alınıb - Çin, Amerika Birləşmiş Ştatları və Asiya-Sakit okean bölgəsi isə lider olublar. Marka nümayəndələri Rolls-Royce şirkətinin bütün model xəttinə ciddi tələbatı müşahidə ediblər, lakin ən böyük tələbat 2020-ci ildə təqdim olunan Ghost iş limuzininə və Cullinan krossoverinə qeydə alınıb.
2020-ci ildə müştərilər tərtibatında koa ağacından istifadə edilmiş Phantom və Phantom Iridescent Opulence modeli də daxil olmaqla bir neçə kolleksiya avtomobilini alıblar. Bundan əlavə, Phantom Tempus kolleksiyasından olan 20 avtomobilin hamısı artıq sifariş edilib, şirkətin model xəttindəki avtomobillərə sifarişlər isə 2021-ci ilin ikinci yarısına qədər yerləşdirilib.