“Rolls-Royce” evi özü haqda çəkdiyi qısametrajlı filmlər silsiləsindən olan ilk filmi təqdim edir. Filmdə şirkətin dünyada necə aparıcı və ən tanınmış dəb əşyalarının istehsalçısına çevrildiyi haqda danışılır.

“Oskar” mükafatçısı Keyt Uinslet xüsusi olaraq “Rolls-Royce” evi üçün “Flying Lady” adından dünyada ən cəlbedici dəb hekayəsini danışaraq brendin əfsanəvi simvolu sayılan “Vəcdin ruhu”nu səsləndirib. Brend tərəfindən yaradılmış qısametrajlı filmlərin birinci hissəsində britaniyalı aktrisa dünyaya “Rolls-Royce”un ilham mənbəyi haqqında danışıb.

Filmin premyerası mühüm hadisələr dolu əhəmiyyətli ilin gəlişi barədə məlumat verir. Belə ki, “Rolls-Royce” evi digər dəb əşyalarının qiymətləndirmə etalonuna çevriləcək yeni “Rolls-Royce Phantom”u təqdim etməyə hazırlaşır. Bu əhəmiyyətli an 2003-cü ildə brendin dirçəlişi və Qudvudda zavodun inşasından bəri start götürən “Rolls-Royce”un ən yeni tarixinin ikinci fəsilinin başlanğıcıdır. “Bizim “Vəcdin ruhu” heykəlciyi 1911-ci ildən etibarən hər “Rolls-Royce” avtomobilinin kapotunu bəzəyir və dünyamızı yaxşıya doğru dəyişən görkəmli şəxslərə səssizcə yol göstərir. Bu hekayə böyük işlərə ilhamlandırır və onunla mütləq paylaşmaq lazımdır. Biz “Vəcdin ruhu” üçün mükəmməl səs axtarışında idik və axtarışımız bizi yenidən Qərbi Susseksə, İngiltərəyə qaytardı, o yerə ki, harada Keyt Uinslet yaşayır və “Rolls-Royce” evi yerləşir. Əminik ki, kinematoqrafiyanın britaniyalı ikonası sayılan Keyt Uinslet bu rolun yeni tərəflərini aşkar edəcək möhtəşəm istedada malikdir”, - deyə "Rolls-Royce Motor Cars" şirkətinin baş direktoru Torsten Müller-Ötvös qeyd edib.

“Rolls-Royce” haqqında qısametrajlı filmlər silsiləsindən olan ilk hissə – “Vəcdin ruhu” dünyada tanınmış dəb evini 105 ildən artıq ilhamlandıran muzanın hekayəsindən bəhs edir. 1911-ci ildə heykəltəraş və rəssam Çarlz Sayks tərəfindən yaradılmış “Vəcdin ruhu” səssizcə hər “Rolls-Royce”u və onun sahibini həyat boyu yönləndirirdi. “Flying Lady” tarix boyu dəfələrlə əhəmiyyətli hadisələrin şahidi olub.

İlk hissənin hazırlanmasında 3D-modelləşdirmə və hərəkəti müəyyənləşdirən ən qabaqcıl texnologiyalardan istifadə olunub. Onlar sayəsində “Rolls-Royce” mifologiyasının ən cəlbedici əfsanələri canlandırılıb və dünyada ən tanınmış dəb simvolu olan “Vəcdin ruhu” heykəlciyinin yaranması barədə ətraflı məlumat verilib.

Filmin bəhs etdiyi əhvalat “Belle Époque” dövründə Londonda baş verir. O dövrdə rəssamlar və ixtiraçılar, alimlər və mühəndislər, aristokratlar və bohema nümayəndələri ХХ əsrin qızğın yaradıcı mühitində kəşflər edib, aralarında rəqabət aparırdılar. Maraqlıdır ki, məhz bu dövr müvəffəqiyyət əldə etmək üçün riskə gedən və innovasiyaları tətbiq edən müasir “Rolls-Royce” sevərlərin – vizionerlərin tərzinə uyğun gəlir.

Hekayə “Rolls-Royce” yaradıldıqdan bir neçə il sonra baş verir. Ən yaxşı avtomobil yaratmağı qarşısına məqsəd qoymuş və tələbkar muzadan ilham almış Rolls və Roys zaman sınağından keçmiş möhtəşəm brendin fundamental dəyərlərini yaradırlar: zəriflik, rahatlıq, mühəndislik və ən yaxşı sənətkarların peşəkarlığı.

Gələn il “Rolls-Royce” evi brendin naməlum tərəflərini yeni hissələrdə ifşa etməyə davam edəcək və avtomobil sənayesinin və dəb dünyasının əhəmiyyətli məqamına hazırlaşacaq – yeni “Rolls-Royce Phantom” avtomobilinin debütu.

Sözügedən filmlər silsiləsi sayəsində yeni virtual platformanın əsası qoyulacaq və nəticədə “Rolls-Royce” müştəriləri və pərəstişkarları brendə daha yaxın olacaq. Onlara növbəti hissələrin rəsmi nümayişdən öncə qapalı nümayişində iştirak və “Rolls-Royce”un dünya tədbirlərinə qatılmaq imkanı təklif olunacaq. Analoji tədbirlər haqqında məlumat gələn il veriləcək. “Vəcdin ruhu” adlı filmi şirkətin internet səhifəsində izləmək mümkündür: www.rolls-roycemotorcars.com.