Rolls-Royce şirkəti səkkizinci nəsil Phantom modelinin alüminium kuzovunun ilk fotoşəklini nümayiş etdirmişdir. Britaniyalılar, növbəti nəsill Rolls-Royce Phantom modelinin "dünyanın ən yaxşı avtomobili" olduğunu iddia edirlər. Dəbdəbəli avtomobilin yeni nəsli 2018-ci ildə işıq üzü görməlidir.
Sedan, Britaniya istehsalçısının gələcək modellərinin əsasını təşkil edəcək yeni alüminium platformasında yığılacaqdır. Bu modellərin arasında dəbdəbəli avtomobillər istehsalçısının ilk ofroderi olacaq Project Cullinan adı ilə tanınan layihəsi də vardır. Rolls-Royce şirkətinin BMW şirkətinin təklif etdiyi platformalardan imtina edəcəyi 2015-ci ilin yazında bildirilmişdir. Alüminium platformada hazırlanmış ilk prototipin sınaqları 2016-ci ildə başlamışdır. yeni şassinin sınaqları dünyanın müxtəlif ölkələrində, müxtəlif hava şəraitində həyata keçirlir.