Rolls-Royce şirkəti Concorso d’Eleganza Villa d’Este zəriflik müsabiqəsində yeganə nüsxədə hazırlanmış Sweptail adlı eksklyuziv kupeni nümayiş etdirmişdir. Nadir iki qapılı avtomobil adının çəkilməsini istəməyən müştərinin sifarişi ilə yaradılmışdır.
Orijinal dizayna malik olan kupenin zahiri görünüşündə, britaniya makrasının XIX əsrin ilk yarısında istifadə etdiyi dizayn üslubuna uyğun olan cizgiləri müşahidə etmək olar. Böyük ehtimalla qarşımızda dünyanın ən uzun iki yerli avtomobili durmuşdur. Bundan başqa, dəbdəbəli kupenin ön və arxa hissəsində 08 rəqəm abbreviaturasını görmək mümkündür.
Avtomobilin salonuna gəldikdə isə, Rolss-Royce nümayəndələri kupenin interyerinin «ən yüksək kefiyyətli və eksklyuziv materiallardan» tərtib edildiyini bildirmişdirlər. Eyni zamanda, gəzən şaiyələrə görə, nadir avtomobilin qiyməti 10 milyon funt-sterlinq təşkil edir. Şirkətin rəhbəri Torsten Müller-Otvos isə, bunun şaiyə olduğunu, lakin avtomobilin «əhəmiyyətli dərəcədə baha olduğunu» bildirmişdir. O həmçinin, «bu günə qədər istehsal edilmiş ən bahalı yeni avtomobil olduğunu» da xüsusi olaraq vurğulamışdır.
Təəssüflər olsun ki, dəbdəbəli avtomobillər istehsalçısı Sweptail kupesinin texniki xarakteristikalarını açıqlamamışdır.