Rolls-Royce şirkəti Black Badge drayver xəttini 2016-cı ildə təsis edib. Sonradan, flaqman Phantom sedanı istisna olmaqla, bütün Rolls-Royce modelləri “qara emblemli” versiyaları alıblar. Üstəlik, satışların dörddə birindən çoxunu məhz "qara emblemli" versiyalar təşkil edir! Artıq Britaniya istehsalçısının ilk elektromobilinin də belə versiyası var: bu, Rolls-Royce Black Badge Spectre kupesidir.

Rolls-Royce şirkəti Black Badge Spectre kupesini yaradan zaman müştərilərlə hərtərəfli məsləhətləşmələr apardıqlarını xüsusi ilə vurğulayır. Black Badge avtomobillərinin sahibləri hətta şirkətin belə avtomobillərin istismar şəraitini daha yaxşı anlaması üçün öz elektromobillərinin telemetriya məlumatlarını mühəndislərlə (əlbəttə ki, anonim olaraq) paylaşıblar.

İlkin olaraq, Black Badge tərtibatını tələb edən xüsusi alıcılar qrupuna öz istəklərini bildirməsi üçün, işlənib-hazırlanma prosesinin əvvəlində seriyaöncəsi Spectre kupelərini idarə etmək şansı da verilib. Nəticədə, Rolls-Royce əminliklə Black Badge Spectre modelinin potensial müştərilərin tələblərinə tam uyğun olduğunu iddia edə bilər.

Məhz onları sevindirmək üçün, elektromobilinin firma rəngi 1980-1990-cı illərin neon estetikasına istinad edən zəngin bənövşəyi seçilib. Bununla belə, gözlənildiyi kimi, müştəri 44 min mövcud rəng arasından seçim edə biləcək.

Kuzovun bütün xrom dekoru qaralıb, firma radiator barmaqlığı isə, əksinə, zəngin işıqlandırmanı əldə edib. Black Badge versiyası üçün xüsusi 23-düymlük döymə təkər diskləri hazırlanıb, onlar ikirəngli və ya tam qara rəngdə əlçatandırlar. 

İnteryerdə LED əhval-ruhiyyəsi davam edir: ön paneldə 5500 “ulduz” yerləşdirilib. Dekorativ bəzəklər Technical Fibre materialından hazırlanır: bu, qara ağacdan əsasın üzərində yaradılmış çoxqatlı kompozitdir.

Bu dekorun üzərinə karbonplastik və metaldan saplar çəkilir, sonra isə o, altı lak qatı ilə örtülür və əl ilə cilalanır. Cihazlar paneli və media sisteminin ekranları üçün beş rəngli interfeys mövzusu hazırlanıb.

Ancaq “qara embelmli” kupenin baza modelindən əsas fərqi texniki hissədə gizlidir. İki elektrik mühərrikinin maksimum hasilatı 585 at qüvvəsi və 900 Nm-dən 659 at qüvvəsi və 1075 Nm-ə qədər artırılıb ki, bu da Black Badge Spectre kupesini Rolls-Royce brendinin tarixindəki ən güclü model edir.

Əvvəllər bu titula V12 mühərrikli (632 at qüvvəli) Black Badge Wraith kupesi sahib idi. Bununla belə, bəzi nüanslar var. Elektrik mühərriklərinin tam gücü yalnız sükandakı düymə vasitəsilə aktivləşdirilən və akseleratorun həssaslığını kəskin artıran Infinity rejimində əlçatandır. 

Maksimum fırlanma anı isə, yalnız Spirited Mode rejimində mövcuddur və bu, mahiyyətcə lonç-kontroldur: onu aktivləşdirmək üçün hər iki pedala eyni vaxtda basmaq lazımdır. Məhz bu rejimdə Black Badge Spectre 60 mil/saat həddinə (97 km/saat) 4,1 saniyəyə (- 0,4 saniyə) sürətlənəcək.

Şassi də təkmilləşdirilib. Pnevmatik asqıda yana əyilmələri azaltmaq üçün daha sərt stabilizatorlar quraşdırılıb, yeni amortizatorlar isə, dalışları azaltmaq üçün nəzərdə tutulub. Sürücünün iştirakını artırmaq üçün sükan ağırlaşdırılıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dartma batareyasının təkmilləşdirilməsi barədə məlumat verilməyib: Spectra modeli standart olaraq 102 kilovat/saatlıq batareya ilə təchiz edilir. Tam dolu batareya ilə yürüş məsafəsi 493 kilometrdir (WLTP).

Rolls-Royce Black Badge Spectre elektromobilinə sifarişlərin qəbuluna başlanılıb, lakin onun qiyməti açıqlanmır. Standart modelin qiyməti ən azı 332 min funt-sterlinqdir. İstənilən halda, Rolls-Royce avtomobilinin qiyməti konkret müştərinin tələblərindən çox asılıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.