Rolls-Royce şirkəti Şanxayda keçirilən avtosalonda Spectre elektrik kupesinin ikirəngli kuzova malik olan nüsxəsini nümayiş etdirib. Avtomobilin kapotu, damı və dayaqları boz Gunmetal rəngnə boyanıb. Pəncərə sxəttinin altındakı panellər isə, nadir tapılan manqan qarışıqlı beril mineralının şərəfinə adlandırılmış Morganite rənginə malikdirlər. Bespoke şöbəsinin oxunuşunda bu rəng yasəmən və tünd çəhrayı çaları arasında yerləşən bir rəngdir.

Bununla yanaşı, sərgidə nümayiş etdirilmiş Specte təkcə boyama sxemi ilə deyil, həm də digər elementləri ilə təəccübləndirə bilər. Belə ki, onun qapıları “Kanadel” ağac panelləri ilə bəzədilib. Onlar bütöv parçalardan hazırlanır və 55 dərəcəlik bucaq altında quraşdırılır ki, bu da salonda əyləşənlərə daimi hərəkət hissi verir. Kupenin oturacaqları qırmızı Ardent Red vurğuları və Peony Pink rəngli RR monoqramları ilə bəzədilmiş ağ Grace White dərisi ilə üzləniblər. Ön paneldəki dekor açıq məsaməli Tudor palıdından hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt

Spectre kupesi Phantom Coupé modelinin və Wraith fastbəkinin mənəvi varisidir. Elektromobil “mərkəzləşdirilməmiş intellekt” elektrik arxitekturasını əldə edən ilk Rolls-Royce modelidir və onun elektrik güc qurğusu 430 kilovat (585 at qüvvəsi) və 900 Nm fırlanma anı hasil edir. Rəqəmlər yekun deyil və 2023-cü ilin ikinci rübündə yenilənəcəklər. Spectre 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir (Ghost - 4,8, Phantom - 5,3 saniyə), onun yürüş məsafəsi isə, WLTP dövrünə əsasən 520 kilometrdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.