Rolls-Royce şirkəti Spectre elektromobili haqqında bəzi təfərrüatları paylaşıb və modelin sınaqlarının necə getdiyi barədə məlumat verib. Spectre kupesinin çıxması ilə Britaniya brendinin dirçəlişinin üçüncü dövrü başlayacaqdır. Söhbətin nədən getdiyini anlamaq üçün 19 il geriyə qayıtmaq lazımdır.
Şirkətin yeni tarixində ilk mərhələ Phantom VII modelinin öz şassisində buraxılması olub - bu, Rolls-Royce 1.0 dövrüdür. Sonrakı çevik Architectue of Luxury arxitekturasına keçid transformasiyanın Rolls-Royce 2.0 adlandırılmış ikinci mərhələsinin başlanğıcı hesab olunur. Elektrik mühərriki və “desentralizasiya edilmiş intellektin” inteqrasiyası üçüncü Rolls-Royce 3.0 dövrünü başladacaqdır.
Bu isə, Spectre kupesinin indiyə qədər Qudvudda istehsal edilmiş ən bağlantılı və ən “ağıllı” avtomobil olacağı deməkdir. Elektromobil mövcud digər modellərdən beş kilometr daha çox naqilə və 25 dəfə daha çox proqram kodu sətrinə malikdir.
Üstəlik, elektrokarın elektronikasının alt funksiyalarının sayı, Phantom modeli ilə müqayisədə 35 dəfə çoxdur. Eyni zamanda, yeni arxitektura şəbəkənin bütün elementləri arasındakı məlumat mübadiləsini, onların mərkəzləşdirilmiş emalını aparmadan, birbaşa və sərbəst şəkildə həyata keçirir.
Spectre modelinin əsasını Cullinan və Ghost modellərinin uyğunlaşdırılmış platforması təşkil edəcəkdir. Ölçülərinə görə kupe indiki Phantom sedanına yaxın olacaqdır. Qismən yeni Spirit of Ecstasy heykəlciyi sayəsində kupenin bəyan edilən müqavimət əmsalı Cd 0,26-dır.
Batareya oxlar arasında quraşdırılıb, üstəlik, naqillər və soyutma sisteminin xəttləri üçün nəzərdə tutulmuş xüsusi kanallar sayəsində 700 kiloqramlıq səs-küy izolyasiyası kimi çıxış edir. Təkər disklərinin diametri 23 düymdür və sonuncu dəfə belə disklər 1926-cı ildə Rolls-Royce kupesində tətbiq edilib.
Elektromobil üçün Rolls-Royce markasının tarixində olan ən çətin sınaq proqramı hazırlandığı məlumdur: Spectre prototipləri ümumilikdə 2,5 milyon kilometr yol qət edəcək ki, bu da 400 illik istismar müddətinə bərabərdir. Bu günə qədər sınaqların 25 faizi tamamlanıb, lakin modelin bazara çıxma müddəəti dəyişməyib: ilk sifarışçilər avtomobilləri 2023-cü ilin dördüncü rübündə alacaqlar.
Hazırda kupelər Şimal qütbündən cəmi 55 kilometr aralıda yerləşən İsveçin Hurnavan gölünün buzunu “cilalayırlar”. Burada temperatur mənfi 40 dərəcə Selsiyə qədər enir, lakin belə şərtlər bütün sistemlərin (iqlimə nəzarət sistemindən tutmuş sığarta edən elektronikanın və batareyanın qızdırılmasına qədər) işini yoxlamaq üçün idealdır.
Spectre kupesinin güc ötürməsinin əsas qurğularını BMW iX krossoveri və hələ debüt etməmiş i7 sedanı ilə bölüşəcəyi gözlənilir. “Autocar” nəşrinin məlumatına görə, Spectre kupesinin ikimühərrikli güc qurğusu iX M60 modelindəkinə bənzər olacaqdır. Eyni zamanda, elektromobilin 100 kilovat-saatlıq batareya ilə təchiz ediləcəyi və onun yürüş ehtiyatının 500 kilometr olacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.