Bir müddət bundan öncə, Rolls-Royce şirkəti Wraith Kryptos Edition kupesini təqdim edərək, avtomobildə xüsusi ismarıcın yazıldığını bildirmişdi. Avtomobil sahiblərindən kuzov və interyerdə həkk edilmiş şifəni açmaq tələn olunurdu. Lakin, 50 nüsxədə buraxılmış kupenin sahiblərindən heç biri buna müvəffəq olmayıb.
İstehsalçı müştərilərinə şifrəni açmağa yardım etmək üçün, unikal “Vəcdin Ruhu” fiqurunun əsasına həkk edilmiş şifrəli sözün yeddi hərfdən ibarət olduğunu və “Kryptos” kimi açıqlandığını bildirib.
Wraith Kryptos Collection nəşrindən olan kupelər eksklüziv Delphic Grey rənginə boyanıb. Rəngin əsas xüsusiyyəti yalnız günəşdə görünən mavi və yaşıl mika pulcuqları ilə tamamlanmış antrasit baza təbəqəsidir. Coachline haşiyə xətti ikiqatlıdır: onun yuxarı hissəsi yeni Kryptos Green rəngdə, aşağı hissəsi tünd Dark Grey rəngdədir. Wraith Kryptos modeli mərkəzində yaşıl haşiyəsi olan cilalanmış Orbit Grey təkər diskləri ilə təchiz edilir.
Şifrələr avtomobilin hər tərəfinə səpələniblər və onlardan birincisi "Vəcdin Ruhu" heykəlciyinin əsasına həkk edilib. Şifrə, yaxınlaşdıqda adi bəzək elementləri kimi görünən, qismən yaşıl emal ilə örtülmüş nöqtə və tiredən ibarətdir.
Növbəti şifrə qapı löhvəciklərinə həkk edilib, daha bir şifrə oturacaqların başlıqlarına vurulub və firma RR monoqramını əvəz edib. Tavanda optik liflərin köməyi ilə məlumat axınını təqlid edən naxış təsvir edilmişdir. Bu motivdən qapıların dekorasiyasında da istifadə edilmişdir.
Texniki cəhətdən Rolls-Royce Wraith Kryptos kupesi üçün heç bir dəyişiklik nəzərdə tutulmayıb. Kupe, 632 at qüvvəsi və 870 Nm fırlanma anı hasil edən 6,6-litrlik iki turbokompressorlu V12 mühərriki ilə təchiz olunub. Güc aqreqatı 8-pilləli "avtomat" ilə tandemdə çalışır. Wraith kupesi 100 km/saat həddinə 4.5 saniyəyə sürətlənir. Onun maksimal sürət saatda 250 kilometrdir.
Rolls-Royce şirkətindən bildirildiyinə görə, "mesajın açıqlaması - obyektin əsl əhəmiyyətini anlamaq üçün bir açardır. Əks halda, bu obyekti sənət əsəri kimi qəbul edilə bilər". Cavab variantlarını yalnız Rolls-Royce sahiblərinin əldə edə biləcəyi Whispers xüsusi mobil tətbiqi vasitəsi ilə istehsalçıya göndərmək olar. Bu servisi LinkedIn peşəkar sosial şəbəkəsi ilə müqayisə etmək olar, lakin Whispers dünyanın ən nüfuzlu və görkəmli insanlarını birləşdirən daha qapalı və elitar bir şəbəkədir.