Rolls-Royce şirkəti Wraith modelinin sahibləri üçün hazırladığı baqaj dəstini təqdim etmişdir. Amerika Birləşmiş Ştatlarında bu dəstin qiyməti 45858 dollar təşkil edir. Xatırladaq ki, ABŞ-da BMW 3-Series sedanının satış qiyməti 33100 dollar məbləğindədir. Baqaj dəstinin tərkibinə iki yol çantası, iki ədəd çamadan və axşam libaslarının örtüsü daxildir ki, bu əşyaların hər biri də avtomobilin baqajında ideal yerləşdirmək üçün yaradılmışdır.

Bütün çantalar Rolls-Royce modellərinin salonlarının tərtibatında istifadə edilən yüksək kefiyyətli dəridən hazırlanmışdır.  Çamadanların karkas və qulpları isə karbondan hazırlanmış, alüminiumdan olan düymələrin forması isə Wraith modelinin siluetinə bənzərlik daşıyır. Bundan əlavə, çamadanların təkərinə şirkətin loqotipi həkk edilmiş, çantaların üzərinə isə «Vəcdin ruhu» heykəlciyinin basmanaxışı vurulmuşdur.

Xatırladaq ki, Rolls-Royce Wraith kupesi 633 at qüvvəsi gücü olan 6,6-litrlik V12 mühərriki və səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz edilir. İlk 100 km/saat həddini kupe 4,6 saniyəyə toplayır.

Avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt