İsveçrənin Qştad şəhərində keçirilən özəl tədbirdə müştəriyə təhvil verilən avtomobil dörd unikal Droptail modelindən ikincisidir. Birincisi, Black Baccara qızılgülünün rənginə boyanmış qırmızı La Rose Noire kbarioleti olub. Amethyst Droptail modelini yaradarkən Rolls-Royce Bespoke bölməsinin dizaynerləri yenə də çiçəkdən ilham alıblar: bu dəfə ideya mənbəyi kimi qlobe amaranth çıxış edib ki, bu da incə bənövşəyi rəngli qomfrenadır.

Eksteryerdə, gümüşü alt tona malik olan yasəmən rəngi, parlaqlığı artırmaq üçün mavi, qırmızı və bənövşəyi mikalar əlavə edilmiş tünd bənövşəyi boya ilə birləşdirilir. Radiator barmaqlığı ilk dəfə əl ilə cilalanıb ki, bu işə də 50 saatdan çox vaxt sərf edilib. Eyni şey, 202 kiçik paslanmayan poladdan "ştrixlər" ilə bəzədilmiş alt hissədəki kompozit hava girişinə də aiddir. 

Amethyst Droptail kabrioletinin əsas fişkası bütöv ağac parçası ilə örtülmüş arxa hissədir. Rolls-Royce, bu kabrioletin dünyada yerəbasma qüvvəsini “emal edilməmiş” taxtanın yaratdığı yeganə avtomobil olduğunu qeyd edib.

Müştəri həmçinin istehsalçıdan şəffaflığı dəyişən elektroxrom şüşə hazırlamağı xahiş edib. Bunun üçün 60 variantı sınaqdan keçirmək gərək olub. Sonunda işıq keçirməz versiyada olan şüşə bənövşəyi rəngə, yarışəffaf variantda olan isə, salondakı oturacaqlar kimi Sand Dunes qəhvəyi rənginə malikdir.

İnteryerə gəlincə, tərtibatda bənövşəyi rənglə ahəng təşkil edən Sand Dunes rəngində olan ağac və dəridən istifadə edilib. Səkkiz min saat ərzində 150-dən çox ağac nümunəsi günəş işığı altında, yağış və yüksək temperaturda sınaqdan keçirilib.

Ön paneldə ikioxlu turbiyonu və əllə qurma mexanizmi olan Vaheron Constantin saatı quraşdırılıb. Genevrədə əllə yığılmış bu saatın tərtibatı üzərində Rolls-Royce dizaynerləri işləyiblər. Saat çıxrılandır  - kabrioletin sahibi istəsə, onu çıxarıb özü ilə apara bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bir neçə gün əvvəl Rolls-Royce məşhur cütlük üçün hazırlanmış eksklüziv La Rose Noire Droptail kabrioletini nümayiş etdirib. Qızılgülün rəngdən rəngə çalmasını təkrarlamaq üçün Rolls-Royce mütəxəssisləri xüsusi boyama prosesini yaradıblar. Salondakı leytmotiv isə, ləçəkləri simvolizə edən üçbucaqlılar olublar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.