Rolls-Royce şirkətinin fərdi sifarişlər üzrə ixtisaslaşmış Bespoke bölməsi Sinqapurda yaşayan müştərisinin sifarişi ilə Phantom sedanının Orchid adlı xüsusi versiyasını hazırlayıb. Yeganə nüsxədə inşa edilmiş və orxideyalar ilə bəzədilmiş sedanın yaradılmasına iki il vaxt sərf olunub. Layihə müəlliflərinin bildirdiyinə görə, bu ekszotik çiçək “gözəlliyi, zərifliyi və təmkini”, habelə xarici təsirlərə qarşı dayanıqlığı nümayiş etdirir.
Layihənin əsas fişkası Helen Emi Marri tərəfindən hazırlanmış və ön paneldəki “Qalereya” adlanan hissədə yerləşdirilmiş əsl ipəkdən yaradılmış kompozisiyadır. Bu kompozisiyanın yaradılması üçün, atlı nəfərdən ibarət olan komanda 200 saatdan çox vaxt sərf edib.
Əvvəlcə, sinqapur orxiideyaları təsvir edilmiş şəkli əllə çəkiblər, sonra onun krep-satində çap edilmiş rəqəmsal surətini hazırlayıblar, üçölçülü effekti almaq üçün isə, parçadan çiçəkləri əlavə ediblər. Rəssamın bildirdiyinə görə, kompozisiyanın maksimal dərəcədə real görünməsi üçün, rəqəmsal çap texnikasını təkmilləşdirmək tələb olunub.
Rolls-Royce Phantom Orchid sedanının kuzovunun sədəf effekti olan boyası orxideya ləçəklərininin çalarını təkrarlayır. Ağ boyanı bir miqdar bənövşəyi boya ilə qarışdıraraq, kiçik şüşə hissəciklərini əlavə ediblər. Avtomobili xaricdən çiçək şəklində dekorativ naxışı olan xətlər ilə bəzəyiblər. Sedanın salonunda unikal “Qalereya” məzmunundan başqa, açılan masalarda və kandarlardakı lövhəciklərdə çəkilmiş orxideya təsvirləri görmək olar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.