Rolls-Royce şirkəti yeni nəsil Ghost sedanının mahiyyəti üzərindəki gizlilik pərdəsini qaldıran daha bir cizgi filmini dərc edib. Daha rahat gedişi və emosional idarəetmə xüsusiyyətlərini təmin etmək məqsədi ilə növbəti Rolls-Royce Ghost modelinin dünyada mövcud olan ən qabaqcıl asqı sistemi ilə təchiz ediləcəyi bildirilir.
İxtiralar sedanın unversallığını artırmaq məqsədini daşıyır: britaniyalılar yeni Ghost sedanının həm arxa divanın sakinləri rahatlıqla, həm də avtomobili idarə etməyi düşünənləri həyəcanverici idarəetmə xüsusiyyətləri ilə təmin edəcəyini bildiriblər. Lüks avtomobil tam ötürmə sistemi və tam idarələnən şassi ilə birlikdə Planar adlı xüsusi sistemi alacaqdır. Proqram təminatı, elektronika və mexaniki həll yollarından ibarət olan kompleks üzərində Rolls-Royce mühəndisləri təxminən üç il işləyiblər.
Asqı sisteminin xüsusi köndələn qolları avtomobilin ön hissəsində quraşdırılan kameralar ilə təchiz ediləcəkdirlər. Onlar yolun xüsusiyyətlərini təhlil edərək, dempferləşən elementləri yoldakı çuxurlara və çıxıntılara aktiv şəkildə uyğunlaşdırırlar. Bundan başqa, transmissiyanı naviqasiya sistemi ilə qarşılıqlı şəkildə çalışmağa öyrədəcəkdirlər. Bu, transmissiyaya müəyyən bir döngəni keçmək üçün ən uyğun olan pilləni seçməyə imkan verəcəkdir.
Britaniyalılar Ghost modelinin yeni nəslinin yaradılması zamanı sedanın əvvəlki versiyalarının sahiblərinin istək və təəssüratlarının rəhbər tutulduğunu iddia edirləar. Layihənin baş mühəndisi Conatan Simms, Ghost modelinin əsas üstünlüyünün "mürəkkəb olmayan universallıq" olduğunu qeyd edib. Buna görə də, Rolls-Royce mühəndislərinin sedanın növbəti nəslinin mümkün qədər sadə və rahat olmasını təmin etmək üçün çalışıblar.
Yeni Rolls-Royce Ghost modelinin əsasını BMW markasının bayraqdar 7 Series sedanının inşa edildiyi platformanın təşkil edəcəyi məlumdur. Bundan əlavə, Torsten Müller-Otvosun fikrincə, avtomobilin əvvəlki nəslindən qalan yeganə elementlər emblemlər və markanın loqotipi olacaqdır.
Yeni Rolls-Royce Ghost modelinin dəqiq debür tarixi hələlik açıqlanmayıb. Avtomobilin payız aylarında təqdim ediləcəyi gözlənilir.