Rolls-Royce şirkəti Bespoke bölməsi tərəfindən xüsusi olaraq yeni Ghost sedanı üçün hazırlanmış ilk opsiyanı nümayiş etdirib. Müştərinin istəyi ilə, sedanın ön paneli 850 kiçik işıqdan ibarət olan "ulduz yığını" ilə bəzədilə bilər. Post Opulent fəlsəfəsinin mahiyyətini əks etdirən bu dekor elementini yaratmaq üçün mütəxəssislər iki ildən çox vaxt sərf ediblər.
Rolls-Royce markasının müştəriləri arasında aparılmış sorğular göstərir ki, artıq həddən ziyadə diqqət çəkən dekor artıq aktual deyil, müştərilər zərif həll yollarına üstünlük verirlər. Buna görə də, sadə minimalistik üslub yeni Ghost modelinin dizayn konsepsiyasının əsasını təşkil edir. Bu yanaşma yalnız eksteryer üçün deyil, həm də interyer üçün də aktualdır. Bu yanaşmanın mahiyyətini ifadə edən elementlərdən biri də, ön paneldəki 850 ədəd kiçik işıqdan yaradılmış "ulduz yığını" olacaqdır.
Bu elementi yaratmaq üçün mütəxəssislər iki il və ya 10.000 saat zəhmət sərf ediblər. İşıqlandırma üç təbəqədən ibarət olan panelin səthinın altında yerləşdirilmiş 152 işıqdiodu tərəfindən təmin edilir. Birinci qat qara bölgələri lazer ilə çıxarılan Piano Black altlığıdır, ikinci qat isə, “Ghost” yazısını və işıq yayan "ulduzları" gizlədən tünd lakdır. Nəhayət, sonuncu üçüncü qat 0,5 millimetr qalınlığında olan vahid parlaq örtükdür. Bu örtüyü yaradan lak qatı əl ilə rənglənmiş və cilalanmışdır.
“Ghost” yazısının rəvan işıqlandırılması hidden-unit-lit ("söndürülmüşkən görünməzdir") texnologiyasına əsaslanır və iki millimetr qalınlığında olan diodlar tərəfindən ilə təmin edilir. Yazı lazer tərəfindən açılmış və işıqdiodlarının yerləşdiyi 90 mindən çox nöqtədən ibarətdir. Qeyd etmək gərəkdir ki, "ulduzlu tavan" işıqlandırılması da eyni prinsip ilə içalışır.
Yeni nəsil Rolls-Royce Ghost sedanının təqdimatı sentyabr ayının 1-də onlayn şəkildə keçiriləcəkdir. Yeni model, səkkizinci nəsil Phantom sedanının və Cullinan krossoverinin əsasını təşkil edən Architecture of Luxury alüminium platformasında inşa olunacaqdır. Buna baxmayaraq, Ghost modelinin platforması özünəməxsus xüsusiyyətləri ilə seçiləcəkdir. Bundan başqa, yeni Ghost sedanı Planar adlandırılan ağıllı şassini də əldə edəcəkdir.