Rolls-Royce şirkəti ikinci nəsil Ghost modelinə olan marağı artırmağa davam edir. Britaniyalılar növbəti cizgi filmini yayımlayaraq sedanın səs izolyasiyasından bəhs ediblər. Mühəndislər xarici səs-küyləri ayırmağa çalışıblar, lakin tam səssizliyin qarşısını almaq üçün avtomobilə öz səslərini yaratmağı öyrədiblər.
Səs-küy izolyasiyasının yaxşılaşdırılmasına avtomobilin inşa edildiyi Architecture of Luxury platforması sayəsində nail olunub. Xatırladaq ki, alüminiumdan hazırlanmıç platforma səkkizinci nəsil Phantom sedanının və Cullinan krossoverinin əsasını təşkil edir. Platformanın hazırlandığı alüminium poladla müqayisədə səs vibrasiyasını daha yaxşı udur. Belə ki, hamar hissələrin daha yaxşı rezonans yaratdığını nəzərə alan mühəndislər platformanın komponentlərinə səs-küyü boğan mürəkkəb forma verməyə çalışıblar.
6.75-litrlik V12 mühərriki ilə salon arasındakı çəpəri ikiqatlı ediblər. Bundan başqa, qapılar, dam və baqaj bölməsində səs-küy udan materiallardan geniş istifadə olunur. Şinlərdəki dörd düymlük köpük təbəqəsi və ikiqatlı şüşələrdəki şəffaf kompozit təbəqəsi də əlavə izolyasiyanı təmin edir.
Mühəndislər bununla da kifayətlənməyiblər. Onlar sedanın hər detalını akustik xüsusiyyətlərini yoxlayıblar. Bir çox hissələrin gözlənilmədən salonda səs-küyə səbəb ola biləcəyi aşkar edilib. Məsələn, kondisionerin hava kanallarının içərisində quraşdırılmış hissələr. Hava sıxıldıqda, onlar yüksək səslər çıxardırlarmış və buna görə də tamamilə hamar olanlar ilə əvəz ediliblər.
Ghost modelinin salonunda yaranmış səssizlik həm sərnişinləri, həm də sürücünü pərişan edə bilərdi. Buna görə də, yalnız fərqli yumşaq səsləri çıxardan və "pıçıltı" adlandırılan sistem hazırlanıb. Bu sistem kresloların kürək hissəsinə inteqrasiya edilmiş hissiyatlı amortizatorlardan ibarətdir: onlar bədənin yaratdığı ən x;rda vibrasiyanı özünə çəkərək, səs-küyü bir nota çevirilər. 500 litrlik baqaj bölməsinin döşəməsində aşağı tezlikli səs dalğaları avtomobildən kənarlaşdırılmasını təmin edən xüsusi portlar quraşdırılmışdır. Rolls-Royce şirkətinin yeni səs izolyasiya texnologiyaları The Formula For Serenity (Sakitlik Formulu) adlandırıblar.
Yeni Rolls-Royce Ghost sedanı ilk dəfə olaraq tam ötürmə sistemini və dönən arxa təkərləri alacaqdır. Bundan əvvəl, Britaniya şirkəti sedan üçün xüsusi olaraq hazırlanmış qabaqcıl Planar şassisi barədə məlumat vermişdi. Avtomobil şassisi kamera və naviqasiya sistemi ilə birlikdə çalışaraq onu yoldakı çuxurlara və kəskin dönmələrə hazırlayır.