Rolls-Royce şirkəti yeni Spirit of Ecstasy (“Vəcdin ruhu”) heykəlciyini təqdim edib. Britaniya markasının yeni simvolunun təqdimatı, 6 fevral 1911-ci il tarixində yaradılmış talismanın 111-ci ildönümünə təsadüf edib.
Təkmilləşdirilmiş heykəlcik Rolls-Royce elektromobillərində quraşdırılacaq və əvvəlkindən ölçüləri və bədənin vəziyyətinə görə fərqlənəcəkdir. Bununla belə, Rolls-Royce pərəstişkarları heykəlciyin tanınmasından narahat olmaya bilərlər - varislik qorunacaq, heykəlcik servoötürücü və işıqlandırmaya malik olacaqdır.
Yeni “Vəcdin ruhu” heykəlciyi daha axıntılı və yığcamdır – onun hündürlüyü iki santimetr azalaraq 82,73 millimetrə bərabər olub. Bundan əlavə, heykəlciyin duruşu da dəyişib: qız irəliyə daha az əyilib və onun ayaqlarının vəziyyəti fərqlidir.
Rolls-Royce dizaynerləri talismanın saç düzümünə, geyiminə, duruşuna və üz ifadəsinə dəyişiklik edərək, heykəlciyə daha müasir görünüş qazandırıblar. Stilistlər "diqqəti və sakitliyi məharətlə birləşdirən zərif, real üz cizgiləri" yaratmağa çalışıblar.
1911-ci ildən bəri, “Vəcdin ruhu” heykəlciyinin ölçüsü iki dəfədən çox azalıb, lakin heykəlciklər əvvəlki kimi əl ilə işlənir və iki eyni talisman ola bilməz. Rolls-Royce bu islahatın elektromobillərin aerodinamikasını yaxşılaşdırmaq üçün lazım olduğunu iddia etsə də, bunda müəyyən qeyri-səmimilik var, çünki lazım gələrsə, heykəlciyi gizlətmək də olar.
Yeni Spirit of Ecstasy fiqurunun quraşdırılacağı ilk seriya avtomobili Rolls-Royce Spectre kupesi olacaqdır. Rolls-Royce şirkəti 2030-cu ilə qədər tamamilə elektrik ötürməsinə keçməyi planlaşdırır - yəni, köhnə və yeni talismanlar ən azı yeddi il, paralel olaraq, benzin və elektrik modellərini bəzəyəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.