Bu barədə, "Autograph" dərgisinin rəhbəri Ramin Musayevə müsahibə verən Rolls-Royce Motor Cars şirkətinin Şərqi Avropa və MDB ölkələrindəki korporativ əlaqələr üzrə direktoru Frank Timann bildirib.
Yüksək vəzifəli menecer yeni layihə haqqında suala belə cavab verib: "Biz rəsmi olaraq Cullinan layihəsi barədə bəyan etmişik. Biz bu layihəni SUV kimi qəbul etmirik. Bu yüksək keçiş qabiliyyəti olan tam çəkişli Rolls-Royce avtomobilidir. Biz onu SUV sinifinə aid etmirik, bu idman deyil, biz praktikliliyə iddia etmirik, və o sadəcə nəqliyyat vasitəsi deyil. Cullinan layihənin kod adıdır.
Avtomobilin əsl adı yaxın zamanlarda açıqlanacaqdır. Son zamanlar ofroderlər seqmenti sürətlə inkişaf edir və daha çox maraq doğurur. Bizim müştərilər tez-tez belə avtomobillər ilə maraqlanırlar. Bu səbəbdən də, əvvəllər bizim model xəttində olmayan avtomobili yaratmaq qərarına gəldik. Buna görə də biz, markamızın uğurunu təkrarlayacaq Cullinan layihəsini yaratdıq".