Bir müddət öncə Rolls-Royce şirkətinin Phantom Coupe və Drophead Coupe modellərinin Zenith adını almış vida variantını buraxacağını yazmışdıq. Elan edildiyi kimi, xüsusi seriyadan olan avtomobillər 50 ədəd nüsxədə buraxılacaqdır. Zenith seriyasından olan bütün avtomobillər artıq öz sahiblərini tapmışdırlar. Kupe və kabrioletin istehsalına noyabr ayında son veriləcəkdir. Avtomobillərin vida modifikasiyalarının standart modellərdən fərqi baqajda yerləşdirilən piknik dəstindən, ön panelə və dirsəkaltılarda lazerlə həkk edilmiş Villa d’Aste və Cenevrə şəhərinin təsvirlərindən, həmçinin kapotda quraşdırılan «Ekstazın ruhu» heykəlciyinin xüsisi variantından ibarətdir.

Zenith modifikasiyasının nadir elementlərindən biri Phantom modelinin Qudvuddakı zavodda yığıdlığı konveyerin hissələrindən hazırlanmış detal olacaqdır ki, bu detalın da üzərində onun hazırlanması üçün götürülən metalın konveyerin hansı hissəsindən alınması barədə dəqiq koordinatları göstəriləcəkdir. Xüsusi detal cilalanmış alüminiumdan hazırlanmış və avtomobilin identifikasiya nömrəsi həkk edilmiş çıxarılan korpusda yerləşdiriləcəkdir. Bu korpus isə öz növbəsində, ön panelin mərkəzi qutusunda yerləşdiriləcəkdir.

Artıq yuxarıda da qeyd etdiyimiz kimi, xüsusi seriyadan olan avtomobillərin digər bir fərqli elementi baqaj bölümündə yerləşdirilmiş  piknik dəsti olacaqdır ki, bu dəstin də tərkibinə şüşə rəf, iki şampan şüşəsi tutan soyuducu, səkkiz büllurdan hazırlanmış fujer, həmçinin materialını və tərtibat rəngi sifarişçi tərəfindən seçilən iki dəri balış və piknik səbəti daxil olacaqdır.

Rolls-Royce Phantom sedanın da buraxılışına bu ilin sonunda xitam verilməlidir. Dəbdəbəli avtomobil istehsalçısının nümayəndələri Phantom modelinin növbəti nəslinin yeni alüminiumdan hazırlanmış platformada istehsal ediləcəyini və 2018-ci ildə müştərilərə çatdırılacağını bildirmişlər. Ehtimal edilir ki, yeni platformada yığılacaq ilk avtomobil, Brinatiya markasının ilk krossoveri Gullinan modeli olacaqdır.

Artıq Rolls-Royce şirkəti yeni avtomobilin sınaqlarına başlamışdır. Rolls-Royce Phantom modelinin cari nəsli 2003-cü ildə debüt etmişdir. Avtomobil 460 at qüvvəsi olan 6,7-litrlik benzin mühərriki və altı pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt