Haas pilotu Romen Qrojan Meksika Qran Prisinin təsnifat mərhələsinin nəticələrindən çox narazıdır.
Fransız pilot və onun komanda yoldaşı Kevin Maqnussen şənbə günün nəticələrinə görə Sauber pilotları Markus Eriksson və Paskal Verlyaynın gerisində qalıblar. Qeyd etmək lazımdır ki, Sauber komandası amerikanlardan fərqli olaraq Ferrari mühərrikinin keçən ilki variantından istifadə edirlər. «Dünən biz möhkəm sillə aldıq, - Autosport Qrojandan sitat gətirir. - Mövsüm ərzində niyə get-gedə daha çox uduzduğumuzu anlamaq gərəkdir. Sauber komandasına nisbətən daha güclü mühərrikə sahibik, amma onlar yenə də bizdən irəlidədirlər. Bu bizim daha yaxşı işləməli olduğumuzu nümayiş etdirir. Düşünürəm ki, bizdən başqa hər kəs inkişaf edib.
Bunun başqa izahı yoxdur».