Keçmiş Formula 1 pilotu Niko Rosberq çempionluq kubokunu qaytardıqdan sonra, FIA tərəfindən ona qarşı iddia sürüldüyünü bildirib.
Əsil kubok çempiondan çempiona keçdiyi üçün, adət üzrə kubok payız aylarında Beynəlxalq avtomobil federasiyasına qaytarılır.
Əsas məqsəd növbəti mövsümün qalibinin adının kuboka həkk edilməsidir. “Keçən həftə kuboku FIA-ya qaytarmalı oldum. Bunu kədərli təcrübə də adlandırmaq olar, - Niko bildirib. – Bir neçə gündən sonra onlar mənimlə əlaqə saxlayıb, kubokla nə etdiyimi soruşdular. İş orasındadır ki, kubokda batıq aşkar edilib. Bunun necə baş verdiyini bilmirəm.
Mən üzr istədim. Onların bu zədəni aradan qaldıracaqlarından əminəm”.