Formula 1 çempionatının idman direktoru Ross Braun, son zamanlar absurd həddinə çatan mübahisəli cəzalar sistemindən imtina etməyi təklif edib.

Belçika Qran Prisi zamanı McLaren komandasının pilotu Stoffel Vandorn mühərrikin və güc qurğusunun bir neçə elementinin dəyişdirilməsi səbəbindən 65 mövqe itirmə cəzası almışdı.

"Texniki problemlərin yarışın gedişinə təsir göstərməsindən zəhləm gedir, - Autosport nəşri Braundan sistat gətirib. - Azarkeşlər avtomobilin yarış zamanı xarab olmasını anlaya bilərlər. Lakin, pilot mühərrikin dəyişdirilməsi səbəbindən sonuncu yerdən start alırsa bu normal hal deyil.

Nə isə fikirləşmək gərəkdir, çünki bu heç kimin xoşuna gəlmir. Ya cəzalar sistemini dəyişmək, ya da ondan tamamilə imtina etmək lazımdır. Variantlardan biri Konstruktorlar kubokundakı xallardan məhrum etməkdir.

Əvvəllər bizim mühərriklər üçün jeton sistemimiz vardı və əslində pis də işləmirdi. Bu bir qədər mürəkkəb olsa da, məncə bənzər sxemi tətbiq etmək gərəkdir. Problemin hərtərəfli həlli üçün düzgün yanaşmanı tapmalıyıq".