Volkswagen və Audi şirkətlərinin Müşahidə şurası, şuranın idarə heyətinin üzvü Rupert Ştadleri tutduğu bütün vəzifələrdən azad etmək qərarına gəlib. "Dizelgeyt" işi üzrə həbs edilən yüksək səviyyəli meneceri iyun ayında müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılsa da, hazırda Ştadler özü tutuduğu vəzifələrdən azad edilməsini istəyib.
O, bunun səbəbi kimi diqqətini özünün müdafiəsinə cəmləmək olduğunu bildirib və ərizə ilə müraciət edib. Alman istehsalçısının mətbuat xidmətinin müraciətində Ştadlerin "dizelgeyt" ilə əlaqədar dələduzluqda və sübutların gizlədilməsində ittiham olunduğu bildirilir. Onun Volkswagen AG və Audi AG şirkətlərinin müşahidə şurasında tutduğu vəzifələri icra etməsinin qeyri-mümkün olduğu və Ştadlerin özünün ərizə ilə müraciət etdiyi da qeyd edilib.
"Handelsblatt" qəzetinin Volkswagen qrupundakı mənbələrinin bildirdiyinə görə, Ştadlerə yeddi milyon avro kompensasiya alacaqdır. Lakin, şərtlərə görə, o Almaniyanın ərazisində hər hansı bir cinayətədə günahkar olduğunu boynuna almamalıdır. Bundan başqa, şirkət Ştadlerə rəqib şirkətlərdə işdən imtina etməsi halında əlavə 1,5 milyon avro ödəyəcəyini bildirib.